Siyasət

Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş nazirinə başsağlığı verib

31 Avqust 2026 16:13
Baxış: 404

Avqustun 31-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Girnə yaxınlığında baş vermiş gəmi qəzası nəticəsində insan tələfatı ilə əlaqədar Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelə başsağlığı məktubu ünvanlayıb.

Nazirlər Kabinetindən Milli.Az-a verilən xəbərə görə, məktubda həlak olanların ailələrinə və yaxınlarına, Şimali Kipr Türk Cümhuriyyətinin xalqına dərin hüznlə başsağlığı verilib, yaralananlara şəfa dilənib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.