Bişkekdə Prezident İlham Əliyevin Ermənistanın Baş naziri ilə görüşü keçirilib - (Video/Foto)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində avqustun 31-də Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüş keçirib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, liderlər 2025-ci il 8 avqust tarixli Vaşinqton Sülh Zirvə görüşünün, ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Prezident İlham Əliyevin və Baş nazir Nikol Paşinyanın imzaladıqları Birgə Bəyannamənin, həmçinin "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in razılaşdırılmış mətninin paraflanmasının tarixi əhəmiyyətini vurğulayıblar.
Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, üçüncü ölkələrdən taxıl və digər əmtəənin Azərbaycan ərazisi ilə Ermənistana tranziti, həmçinin iki ölkə arasında ticarət əlaqələrinin qurulması sülh dividendlərinin mühüm əyani təzahürü kimi qeyd edilib. Liderlər, həmçinin işgüzar dairələr arasında təmasları alqışlayıb və qarşılıqlı faydalı iqtisadi, ticarət və enerji əməkdaşlığının daha da genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar.
Tərəflər Azərbaycan ilə Ermənistanın dövlət sərhədinin delimitasiyası üzrə müvafiq dövlət komissiyalarının mühüm rolunu qeyd edib, onların iki ölkə arasında əldə olunmuş razılaşmalara uyğun olaraq, öz işlərini davam etdirməsinin vacibliyini vurğulayıblar.
Liderlər Vaşinqton Sülh Zirvə görüşünün mühüm nəticələrindən biri olan "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun (TRIPP) həyata keçirilməsi ilə bağlı növbəti praktiki addımlar barədə müzakirə aparıb və TRIPP boyunca bağlantı layihələrinin əhəmiyyətini qeyd ediblər.
Liderlər parlamentarilər və vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı etimadın gücləndirilməsi və daha geniş sülh gündəliyinin dəstəklənməsinə verdikləri töhfələrini qeyd edərək, onların iştirakı ilə etimad quruculuğu üzrə təmasları müsbət dəyərləndiriblər.
Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan birbaşa ikitərəfli təmaslar vasitəsilə davamlı sülhün daha da möhkəmləndirilməsi, dövlətlərarası münasibətlərin normallaşdırılması prosesinin irəlilədilməsi və bağlantıların gücləndirilməsi istiqamətində addımları davam etdirmək barədə razılığa gəliblər.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib
-
Azərbaycan XİN Polşanın Krakov şəhərində baş verən atışma ilə bağlı başsağlığı verib
-
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb
-
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
-
XİN-dən Atatürkün anım günü ilə bağlı paylaşım
-
Qarabağda genişmiqyaslı bərpa işləri davam edir - Ərdoğan
XƏBƏR LENTİ
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq
-
Qubada 30 yaşlı kişi dəm qazından boğularaq öldü
-
Hava şəraiti ilə bağlı xəbərdarlıq
-
İrana hücum üçün hər gün Trampa zəng edir
-
Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib
-
Azərbaycanda 9 gün iş olmayacaq
-
“Real Madrid”in sabiq hücumçusu İspaniya klubunu çalışdıracaq
-
Yasən Məmmədov vəfat etdi
-
Zelenski bu gün Danimarkaya səfər edəcək
-
Bankların kredit qərarlarında yeni qayda qüvvəyə mindi
-
Azərbaycan XİN Polşanın Krakov şəhərində baş verən atışma ilə bağlı başsağlığı verib
-
Ayın 11-də intensiv yağış yağacaq - Proqnoz
-
BDYP sürücülərə müraciət etdi
-
Hava ilə bağlı son məlumat
-
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb
-
Bakıda məşhur xəstəxana bağlanır





