Psixoloqdan şiddət görən autizmli uşaqla bağlı açıqlama
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Mediada autizm spektr pozuntusu olan yetkinlik yaşına çatmayan Aylinin (ad şərtidir) psixoloq yanında keçirilən məşğələ zamanı fiziki zorakılığa məruz qalmasını əks etdirən video görüntü yayılıb".
Milli.Az xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu sosial şəbəkə hesabında yazıb.
O, bildirib ki, məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları və Şirvan Şəhər İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın nümayəndələri tərəfindən uşağın yaşadığı ünvana ailə səfəri həyata keçirilib.
"Səfər zamanı ailənin sosial vəziyyəti və uşağın hazırkı durumu qiymətləndirilib, valideynlə söhbət aparılıb. Hazırda faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin Təhqiqat Bölməsində araşdırma aparılır. Hadisənin bütün faktiki hallarının müəyyənləşdirilməsi və hüquqi qiymət verilməsi istiqamətində müvafiq tədbirlər görülür. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək", - deyə o, əlavə edib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Vətən müharibəsi iştirakçısı faciəvi şəkildə öldü - (Foto)
-
Messi millidəki karyerasını başa vurub
-
Qardaşından Cem Yılmaza ölüm arzulayanlara sərt cavab
-
Qarabağda bədbəxt hadisə - 2 nəfər öldü - (Foto)
-
Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
-
Mirel Redoy istefa verdi
-
Psixoloqdan şiddət görən autizmli uşaqla bağlı açıqlama
-
İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edir
-
İrem Dericinin nişanlısı tutuldu
-
Sumqayıt sakini bıçaqlandı - 71 yaşlı atası saxlanıldı
-
Sahibə Qafarova Serbiyaya işgüzar səfərə gedib
-
Qırğızıstanda folqa fabrikində yanğın baş verib
-
Rusiya Ukrayna ordusunun itkiləri ilə bağlı yeni rəqəmləri açıqlayıb
-
Yaponiyanın ən yaşlı sakini vəfat edib
-
Hövsanda su kəsiləcək
-
Paytaxtda sürücülərə xəbərdarlıq: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
-
Fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb
-
Bişkekdə Prezident İlham Əliyevin Məsud Pezeşkianla görüşü olub - (Foto)
-
Tramp: ABŞ İranın hücumlarına cavab verəcək
-
“Borussiya Dortmund”dan “Sabah”la bağlı paylaşım – (Foto)
-
Ruzbeh Gülümov vəzifəsindən ayrılıb
-
Ərdoğan da Bişkekdədir
-
Təlim zamanı ayı xidmətçiyə hücum etdi – (Video)
-
Putin və Si Cinpin görüşdü





