FHN qeyri-sabit hava ilə bağlı əhaliyə müraciət edib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Fövqəladə Hallar Nazirliyi hazırda müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Nazirlikdən Milli.Az-a verilən məlumatda bildirilib ki, əvvəlcədən xəbərdarlıq edildiyi kimi, hazırda ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur, o cümlədən ayrı-ayrı yerlərdə intensiv yağış yağır, arabir güclənən külək əsir və şimşək çaxır. Belə hava şəraitinin sabahadək davam edəcəyi proqnozlaşdırılır.
Məlumatda qeyd edilib ki, qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarını təkrar xatırladır:
"Belə ki, intensiv yağıntılarla əlaqədar bəzi çaylarda mümkün sel və daşqından, habelə subasmadan qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmaq, belə təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq, xilasedicilərin çağırış və tövsiyələrinə sözsüz əməl etmək lazımdır.
Bundan əlavə, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.
Eləcə də kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.
Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün ildırım çaxarkən elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir".
"Qaydalara biganəlik həyatımıza təhlükədir. Təhlükə zamanı 112-yə zəng edin", - deyə nazirliyin məlumatında vurğulanıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Tarixi rekord: cekpot ilk dəfə 2 000 000 manatı keçdi
-
İnsanlar yenidən kabel qulaqlıqlara qayıdır: Səbəbi nədir?
-
Ceyk Pol yenidən böyük rinqə qayıdır
-
“Poyraz Karayel”in “Sinan”ı illər sonra - (Foto)
-
Sumqayıt sakini bıçaqlandı - 71 yaşlı atası saxlanıldı - Yenilənib
-
FHN qeyri-sabit hava ilə bağlı əhaliyə müraciət edib
-
Bakıda dolu yağacaq - xəbərdarlıq
-
Nərmin Ələkbərovaya vəzifə verildi
-
“The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
-
Premyer Liqa: "Sabah" "Araz-Naxçıvan"ı məğlub edib
-
Vətən müharibəsi iştirakçısı faciəvi şəkildə öldü - (Foto)
-
Messi millidəki karyerasını başa vurub
-
Qardaşından Cem Yılmaza ölüm arzulayanlara sərt cavab
-
Qarabağda bədbəxt hadisə - 2 nəfər öldü - (Foto)
-
Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
-
Mirel Redoy istefa verdi
-
Psixoloqdan şiddət görən autizmli uşaqla bağlı açıqlama
-
İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edib - (Foto/Video)
-
İrem Dericinin nişanlısı tutuldu
-
Sahibə Qafarova Serbiyaya işgüzar səfərə gedib
-
Qırğızıstanda folqa fabrikində yanğın baş verib
-
Rusiya Ukrayna ordusunun itkiləri ilə bağlı yeni rəqəmləri açıqlayıb
-
Yaponiyanın ən yaşlı sakini vəfat edib
-
Hövsanda su kəsiləcək





