Banklardakı əmanətlər niyə artır? - 3 əsas səbəb açıqlandı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əhalinin banklardakı əmanətləri sürətlə artır. Avqustun 1-nə əhalinin banklardakı əmanətləri son bir ildə 15,8% artaraq 17,9 milyard manata çatıb.
Milli.Az xəbər verir ki, iqtisadçı Eldəniz Əmirovun sözlərinə görə, bu artımın 3 əsas səbəbi ola bilər.
Onun sözlərinə görə, birincisi, gəlirlərin artması, ikincisi, banklara inamın yüksəlməsi və yüksək depozit faizləri, üçüncüsü isə vəsaitlərin yatırılması üçün alternativ imkanların məhdudluğudur:
"DSK-nın məlumatına görə, 2026-cı ilin ilk 7 ayında əhalinin nominal gəlirləri 9,8% artıb. Deməli, əmanətlərin 15,8% artmasını yalnız əhali gəlirlərinin artması ilə izah etmək olmaz. Görünür, banklara inam, yüksək depozit faizləri və alternativ yatırım imkanlarının məhdudluğu daha böyük rol oynayır".
E.Əmirov bildirib ki, digər maraqlı göstərici maliyyə təşkilatlarının depozitlərinin 41,8% artaraq 4,36 milyard manata çatmasıdır. Bunun da 3 əsas səbəbi ola bilər:
"Birincisi, maliyyə təşkilatlarının sərbəst vəsaitlərinin artması, ikincisi, büdcə vəsaitlərinin xərclənənədək müvəqqəti olaraq bank depozitlərində yerləşdirilməsi, üçüncüsü isə maliyyə təşkilatlarının sərbəst vəsaitlərini digər istiqamətlərə yönəltmək əvəzinə daha çox banklarda saxlamasıdır".
Eyni zamanda nəzərə çatdırıb ki, qeyri-maliyyə təşkilatlarının depozitləri 4,3% azalıb. Nəzəri baxımdan bunun bir neçə səbəbi ola bilər. Bu səbəblərə şirkətlərin cari və əməliyyat xərclərinin artması, dövriyyə kapitalına daha çox vəsait yönəltməsi, vergi və digər ödənişlərin həcminin artması, eləcə də idxal və digər xarici ödənişlər üçün vəsaitlərin bank hesablarından çıxması aid edilə bilər. Konkret səbəbləri müəyyən etmək üçün isə depozitlərin azalmasının sahələr və şirkətlər üzrə strukturuna baxmaq lazımdır:
"Əlqərəz, əmanətlərin artması bank sisteminə etimadın və maliyyə sabitliyinin güclənməsi baxımından müsbət göstəricidir, eyni zamanda bankların kredit vermək üçün resurs bazasını genişləndirir. Digər tərəfdən, əhalinin vəsaitlərinin getdikcə daha çox depozitlərdə cəmlənməsi alternativ investisiya alətlərinin yetərincə inkişaf etmədiyinin və sərbəst vəsaitlərin real iqtisadiyyata birbaşa yönəldilməsi imkanlarının məhdudluğunun da göstəricisi ola bilər".
Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
Bakıda endirim izdihamı müzakirə yaratdı - (Video)
-
"Mardi Mekan Estate": dəniz kənarında yaşamağın tam vaxtıdır - (Foto)
-
Banklardakı əmanətlər niyə artır? - 3 əsas səbəb açıqlandı
-
Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
-
Xüsusi icra məmuru olmaq istəyənlər üçün müsahibə mərhələsi başlayır
-
Bu şəxslər pullarını geri ala biləcək - Yenilik
XƏBƏR LENTİ
-
Autizmli uşağı döyən psixloqla bağlı rəsmi açıqlama
-
Bakıda endirim izdihamı müzakirə yaratdı - (Video)
-
Prezident İlham Əliyev və Nikol Paşinyan TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı növbəti addımları müzakirə ediblər
-
Afət Fərmanqızı Dəniz Əsədovanı məhkəməyə verdi
-
"Mardi Mekan Estate": dəniz kənarında yaşamağın tam vaxtıdır - (Foto)
-
"Sabah"la oyunöncəsi "Borussiya Dortmund"a ağır zərbə: Yeni transfer sıradan çıxdı
-
Bakı dünya rəqsinin paytaxtına çevrilir: Olqa Krasnyanskaya yubiley “Azerbaijan Dance Festival” barədə danışdı - (Video)
-
Prezident İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü keçirilib - (Foto)
-
“Qəbələ” baş məşqçisi ilə yollarını ayırdı
-
Naxçıvanda yaşayış binasında yanğın oldu - (Video)
-
Banklardakı əmanətlər niyə artır? - 3 əsas səbəb açıqlandı
-
Bakıda 58 yaşlı kişi aptekdə öldü
-
Qaradağda anbardan 70 min manatlıq telefon və aksesuar oğurlanıb.
-
Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
-
Milyonlarla izləyicisi olan fenomen Hüseyn Məmmədoğlunun ifasını paylaşdı - (Video)
-
İlk dəfə ağ İber vaşağı belə görüntülənib – (Foto)
-
Azərbaycanlı aktyor əzələlərini nümayiş etdirdi - (Foto)
-
Uşağından öncə itini xilas etdi - (Video)
-
Xüsusi icra məmuru olmaq istəyənlər üçün müsahibə mərhələsi başlayır
-
Bişkekdə Prezident İlham Əliyevin Ermənistanın Baş naziri ilə görüşü keçirilib - (Video/Foto)
-
Xəzərdə gəzinti qayığı qayaya çırpıldı - Ölənlər və yaralananlar var
-
Zaqatalada “Niva” ilə teplovoz toqquşdu – Yaralı var
-
Bu şəxslər pullarını geri ala biləcək - Yenilik
-
Azad edilmiş ərazilərdə bir həftədə 879 mina və PHS aşkarlandı





