Şou-biznes

Madonna Ancelinanın evini alır

31 Avqust 2026 23:00
Baxış: 253
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Madonna Ancelina Colinin lüks mülkünü almaq istəyir.

Milli.Az xəbər verir ki, 68 yaşlı müğənni Los-Ancelesdə yerləşən və təxminən 30 milyon dollar dəyərində olan məşhur Kaliforniya malikanəsi ilə maraqlanır.

Madonna hazırda Los-Ancelesdən kənarda olduğundan, rieltorlar onun və komandasının evə eksklüziv şəkildə onlayn baxış keçirməsini təşkil ediblər. Coli bu məşhur mülkü may ayında satışa çıxarıb və kiçik əkiz övladları yetkinlik yaşına çatdıqdan sonra şəhəri birdəfəlik tərk etmək qərarına gəlib.

İki hektardan çox ərazini əhatə edən malikanə Hollivud tarixində xüsusi əhəmiyyət daşıyır. Keçən əsrdə rejissor Sesil B. DeMille bu mülkə 50 ildən çox sahib olub. 1920-ci illərdə isə malikanə qonşu evlə şüşə dəhliz vasitəsilə birləşdirilib. Həmin evdə əfsanəvi aktyor Çarli Çaplin yaşayıb. (olay)

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.