İqtisadiyyat

Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan

31 Avqust 2026 23:31
Baxış: 308
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Yaxın vaxtlarda Ermənistandan Azərbaycana məhsul tədarükü barədə məlumat açıqlanacaq".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyaya müsahibəsi zamanı deyib.

"Yaxın günlərdə öyrənəcəksiniz ki, Azərbaycan şirkətləri Ermənistan şirkətlərindən məhsullar alıblar. Ermənistan Azərbaycana məhsul satacaq. Bu isə artıq ikitərəfli ticarət olacaq", -Mirzoyan bildirib.

Qeyd edək ki, o, bu sözləri hazırda yalnız İrəvanın Bakıdan məhsul aldığı barədə fikirlərə cavab olaraq söyləyib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.