Tramp və Venesuelanın neft sövdələşməsinin detallarını açıqlandı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ Prezidenti Donald Trampın Venesuela hakimiyyəti ilə neftə dair sövdələşməsi Vaşinqtonun "North American Blue Energy Partners" özəl şirkətində birbaşa pay almasını nəzərdə tutur ki, bu şirkətə də ölkə ehtiyatlarının beşdə birini təşkil edən təxminən 65 milyard barel ehtiyata malik 17 Venesuela neft yatağı üzərində yüzillik hüquqlar veriləcək.
Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə ekspertlərə istinadən "The Wall Street Journal" (WSJ) yazıb.
Pentaqon öz səlahiyyətlərini genişləndirərək layihəni maliyyələşdirməyə kömək edəcək və hasilatdan fayda əldə edəcək. WSJ yazıb ki, ABŞ 35 faizlik pay və hasilatın 20 %-ni maya dəyərinə almaq üçün üstünlük hüququ əldə etməyi planlaşdırır.
"Əgər bu sövdələşmə Venesuelanın gələcək hökumətləri dövründə də qüvvədə qalarsa, Tramp ABŞ-ni şist inqilabının çərçivəsindən kənara çıxan strateji neft ehtiyatları ilə təmin edəcək", - "Rystad Energy"dən olan analitik Şrayner Parker bildirib və əlavə edib ki, bu barellərin real hasilata necə çevriləcəyi barədə hələ də qeyri-müəyyənlik mövcuddur.
Tramp və Venesuelanın prezidenti səlahiyyətlərini icra edən Delsi Rodriqes sövdələşmənin parametrlərini elandan bir neçə gün əvvəl telefon danışığında razılaşdırıblar. Razılaşma hökumətlər səviyyəsində müzakirə edilsə də, ABŞ Venesuela dövlətinin kontragenti deyil, özəl şirkətin investoru olacaqdı. Qəzet yazıb ki, ABŞ-nin müqavilə bağladığı "North American Blue Energy Partners" şirkətinin rəhbəri Alexandro Betankurun Rodriqeslə sıx əlaqələri var - İspaniya və İsveçrədə ona qarşı çirkli pulların yuyulmasına dair araşdırmalar aparılıb, lakin heç bir ittiham irəli sürülməyib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Tramp və Venesuelanın neft sövdələşməsinin detallarını açıqlandı
-
Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
-
Moskvada şagirdin qətlində şübhəli bilinən 2 qız tutuldu
-
İstanbul derbisinin tarixi məlum oldu
-
Gəlindən qayınatasının ayağını öpməsini istədi - (Video)
-
Şimali Koreyanın müdafiə naziri işdən çıxarıldı
XƏBƏR LENTİ
-
"Telegram"dan bloklamalara qarşı yeni addım
-
"Beşiktaş"dan ayrıldı, ərəb klubuna üz tutdu
-
Hikmət Hacıyev: Bu günədək 32 kütləvi məzarlıq aşkar edilib
-
Gədəbəydə “Mercedes” körpüdən dərəyə aşdı: Yaralılar var
-
""İkra yeməsəm, bu qədər gözəl ola bilərəm?" - (Video)
-
Aqşin Əliyev yeni vəzifəyə təyin olundu
-
Tramp və Venesuelanın neft sövdələşməsinin detallarını açıqlandı
-
Oksana azyaşlıya şiddətə görə polisə müraciət etdi - (Video)
-
“Qarabağ” “Mançester Siti”nin keçmiş futbolçusunu transfer etdi
-
Rozanın gözəllik sirri bəlli oldu: Bu prosedurları etdirirmiş - (Video)
-
Sabah leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək
-
Saxta üsulla hazırlanan Pepsi-Kola - (Video)
-
"Araz-Naxçıvan"ın UEFA Çempionlar Liqasındakı bütün rəqibləri bəlli oldu
-
"Liverpul"dan "Mançester Siti"yə keçəcək
-
Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
-
Toyda Nəfəslə bəyin rəqsi gündəm oldu - (Video)
-
Cem Yılmaz ağır infarkt keçirib
-
Moskvada şagirdin qətlində şübhəli bilinən 2 qız tutuldu
-
"Pullarımı Zeynəb Həsəni yığır"
-
İstanbul derbisinin tarixi məlum oldu
-
Gəlindən qayınatasının ayağını öpməsini istədi - (Video)
-
Şimali Koreyanın müdafiə naziri işdən çıxarıldı
-
Hava kəskin dəyişir: FHN-dən əhaliyə müraciət
-
Reşford "Fənərbağça"ya cavabını verdi





