Cəmiyyət

Azərbaycanda hava bağlı son məlumat

31 Avqust 2026 10:55
Baxış: 389
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Avqustun 31-i saat 10:00-a olan məlumata görə, Azərbaycanın bəzi ərazilərində qeyri-sabit hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a bildirilib ki, ayrı-ayrı rayonlarda yağışlar leysan xarakteri daşıyır.

Ən çox yağıntı Qusarda qeydə alınıb - burada 8 mm yağıntı düşüb. Balakən və Qobustarda 5 mm, Şahbuzda 4 mm, Beyləqan, İmişli, Kürdəmir, Oğuz, Qəbələ, Lənkəran, Lerik və Şamaxıda isə 3 mm yağıntı müşahidə olunub.

İsmayıllı, Altıağac, Zərdab, Şuşa, Bakı və Abşeron yarımadasında 2 mm yağıntı qeydə alınıb.

Digər qeyd olunan rayonlarda isə yağıntının miqdarı 1 mm-dək olub.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.