Bakıda bir şagirdin aylıq xərci nə qədərdir? - ARAŞDIRMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda bir şagirdin aylıq xərci məktəbə gediş-gəliş, qidalanma, məktəb ləvazimatları və əlavə hazırlıq xərclərindən asılı olaraq orta hesabla 155-580 manat arasında dəyişə bilər.
Milli.Az-ın araşdırmasına görə, yeni tədris ilinin başlamasına az vaxt qaldığı üçün məktəbli uşağı olan ailələrin qarşısında əlavə xərclər dayanır. Xüsusilə nəqliyyat, qidalanma, repetitor və hazırlıq kursları valideynlərin aylıq büdcəsinə ciddi təsir göstərir.
Dövlət məktəbində oxuyan və əlavə hazırlığa getməyən şagird üçün əsas xərclər nəqliyyat və qidalanma ilə bağlı olur. İctimai nəqliyyatdan istifadə edən şagirdin aylıq yol xərci təxminən 40-70 manat təşkil edə bilər.
Məktəb servisi ilə gedib-gələn uşaqlar üçün isə bu məbləğ daha yüksəkdir. Özəl məktəblərdə servis xidmətinin aylıq qiyməti bəzi hallarda 120-240 manat arasında dəyişir.
Şagirdin məktəbdə və ya məktəbdən kənarda qidalanmasına isə ay ərzində təxminən 80-140 manat xərclənə bilər. Bu məbləğ uşağın gündəlik nə qədər və hansı məhsullardan istifadə etməsindən asılıdır.
Məktəb ləvazimatları da ailə büdcəsində ayrıca xərc yaradır. Dəftər, qələm, karandaş və digər məktəb ehtiyaclarına ay ərzində orta hesabla 15-30 manat ayrılması mümkündür. Digər gündəlik xərclər də nəzərə alındıqda bu istiqamətdə əlavə 20-40 manat tələb oluna bilər.
Əlavə hazırlıq dərsləri isə aylıq xərci əhəmiyyətli dərəcədə artırır. Bir fənn üzrə hazırlığın qiyməti təxminən 50-100 manat və daha çox ola bilər. Şagird 3 fənn üzrə hazırlığa getdikdə yalnız repetitor xərci 150-300 manata çata bilər.
Bu hesablamalara əsasən, dövlət məktəbində oxuyan və əlavə hazırlığa getməyən bir şagirdin aylıq xərci təxminən 155-280 manat təşkil edə bilər. Repetitor və hazırlıq kursları əlavə edildikdə bu məbləğ 200-580 manata və daha yuxarı səviyyəyə yüksələ bilər.
Yeni tədris ili ərəfəsində məktəb forması, ayaqqabı, çanta və digər ləvazimatların alınması da ailələr üçün ayrıca xərc yaradır. Bu məhsullar hər ay alınmasa da, il ərzində çəkilən xərclər ümumi təhsil büdcəsinə daxil edilir.
Beləliklə, bir şagirdin ailə büdcəsinə düşən real yük yalnız məktəb xərcləri ilə məhdudlaşmır. Nəqliyyat, qidalanma və əlavə hazırlıq xidmətləri nəzərə alındıqda Bakıda məktəbli uşağın aylıq saxlanma xərci bir neçə yüz manata çata bilər.
DİGƏR XƏBƏRLƏR
-
Razi qalmaqalla boşandığı ərininin fotosunu paylaşdı
-
Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu kimdir?
-
Azərbaycanda işsizlikdən sığorta ödənişi nə qədərdir?
-
Bazarda meyvə-tərəvəz ucuzlaşdı
-
Prezident İlham Əliyev Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib
-
Sabah bu ərazilərdə yağış və şimşək gözlənilir - Proqnoz verildi
XƏBƏR LENTİ
-
Razi qalmaqalla boşandığı ərininin fotosunu paylaşdı
-
Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu kimdir?
-
Azərbaycanda işsizlikdən sığorta ödənişi nə qədərdir?
-
Bazarda meyvə-tərəvəz ucuzlaşdı
-
Prezident İlham Əliyev Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib
-
Prezident İlham Əliyev Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Sabah bu ərazilərdə yağış və şimşək gözlənilir - Proqnoz verildi
-
Külək 8 balı keçərsə, bu işlər qadağan olunacaq
-
Binəqədidə 6 yeni svetofor quraşdırıldı
-
Türkiyədə yağışın dayanması üçün qurban kəsdilər - (Video)
-
Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
İsrail Prezidenti Bakıya kommersiya reysi ilə səfər edib: Türkiyədə yaranmış ajiotajın heç bir əsası yoxdur
-
Mətbuat Şurasının yeni sədri seçilib
-
Azərbaycan özünün əməkdaşlıq coğrafiyasını daim genişləndirir - Kamaləddin Qafarov
-
Mərkəzi Banka yeni səlahiyyət verilir
-
Luis Fiqu Arda Güləri tərifə boğdu: “Bunu başqa futbolçuda görə bilməzsiniz”
-
Bu şəxslərin dövlət qulluğunda işləməsinə qadağa qoyulur
-
Ölkədə nikah və boşanmaların sayı azalıb
-
Komendant pulu çıxarışa görə, yoxsa müqavilədəki kvadrata görə ödənilməlidir? - ARAŞDIRMA
-
Ölkə əhalisinin sayı açıqlandı: Qadınlar çoxdur, yoxsa kişilər?
-
Bu bələdiyyələrin adları dəyişdirildi
-
Üçqat Olimpiya çempionu küçədə yemək axtarır - (Foto-Video)
-
Dələduzluqda ittiham olunan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib





