Övladınız “Sən mənim həyatımı məhv etdin” deyirsə, belə cavab verin
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yetkin övladdan "sən mənim həyatımı məhv etdin" sözlərini eşitmək valideyn üçün olduqca ağır ola bilər. Belə vəziyyətdə valideynlər çox vaxt ya özlərini müdafiə etməyə, ya üzr istəməyə, ya da qəzəblə cavab verməyə başlayırlar. Psixoloqlar isə başqa yanaşma təklif edirlər.
Milli.Az lent.az-a istinadən bildirir ki, "Psychology Today" nəşrinin yazdığına görə, belə bir ifadədən sonrakı ilk 60 saniyə söhbətin sakit dialoqa çevriləcəyini, yoxsa mübahisənin daha da böyüyəcəyini müəyyən edə bilər.
Mütəxəssislərin fikrincə, ilk növbədə mübahisə etmək yox, dinləmək lazımdır. Valideyn belə cavab verə bilər: "Sənin incidiyini anlayıram. Mənə bu barədə daha ətraflı danış".
Bu ifadə övladın bütün ittihamları ilə razılaşmaq demək deyil. Məqsəd qarşı tərəfin hisslərini qəbul etdiyinizi göstərməkdir. Bəzən yetkin övlad valideynin günahını etiraf etməsindən daha çox, onun ağrısını dinləməyə hazır olub-olmadığını görmək istəyir.
Psixoloqlar bildirirlər ki, qəzəbin arxasında inciklik, qorxu, utanc, narahatlıq, məyusluq və kədər kimi başqa hisslər də dayana bilər. Buna görə aqressiyaya aqressiya ilə cavab vermək əvəzinə, "Mənə çox qəzəbli olduğunu anlayıram. Gəl bunu sakit şəkildə danışaq" demək daha doğru yanaşma hesab olunur.
Bununla yanaşı, valideyn övladının bütün həyatına görə məsuliyyəti öz üzərinə götürməməlidir. Belə vəziyyətdə "Səni sevirəm, amma həyatında baş verən hər şeyə görə məsuliyyət daşıya bilmərəm. Bunun öhdəsindən gələ biləcəyinə inanıram və yanında olacağam" demək mümkündür.
Mütəxəssislərə görə, valideyn öz səhvlərini qəbul edə, övladını dinləyə və ona dəstək göstərə bilər. Lakin yetkin insanın qarşılaşdığı bütün problemləri həll etmək valideynin vəzifəsi deyil.
Belə emosional söhbətlər zamanı ən təsirli cavab həmişə arqument gətirmək deyil. Bəzən qarşı tərəfin hisslərini sakit şəkildə dinləmək və onu anlamağa çalışdığınızı göstərmək münasibətlərin daha da gərginləşməsinin qarşısını ala bilər.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycan nefti kəskin bahalaşdı
-
“Tramp boğazı” - ABŞ Prezidenti bu dəfə nəyi dəyişmək istəyir?
-
Si Cinpinin növbəti hədəfi kimdir? - Çində hakimiyyət böhranı
-
Bakının iki rayonunda qaz kəsiləcək
-
“Liverpul” “Çelsi”dən üstün oldu
-
Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesablarında Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib (Foto)
-
Peyvənddən sonra niyə qızdırmamız qalxır? - Araşdırma
-
Minlərlə soyuducunu dağın yamacına tulladılar - (Foto)
-
4 bürc çətinliyi geridə qoyacaq
-
Səhər yeməyi ilə 10 kilo alan həkim vərdişini dəyişdi və arıqladı
-
Evdən çıxanda telefonun bu funksiyalarını söndürün
-
Gözü dincəltmək üçün 20-20-20 qaydası - (Video)
-
Dünyaya ata olmaq üçün gələn 3 bürc
-
İpek Erdem uzun illərdən sonra - tanımaq olmur - (Foto)
-
Ən bahalı "iPhone"un əsas qüsurları açıqlandı
-
Məktəbdə jurnalistlərə hücumu təşkil edənlər kimlərdir?
-
Firəngiz Mütəllimova ailə qurmamasının səbəbini açıqladı
-
Şəhərin mərkəzində söküntü işlərindən narazılıq - (Video)
-
Günün qoroskopu: Sevgi həyatınız möhkəmlənir
-
Kəlbəcərdə ağır qəza: sürücü öldü, arvadı yaralandı
-
Məktəbdəki insidentlə bağlı açıqlama
-
Bakının 3 rayonunda işıq olmayacaq
-
“Bəzi futbolçularımız dərsdən məşqə acqarına gəlir” - Rəşad Sadiqov
-
İspaniyadakı qatar qəzasının səbəbi bəlli oldu





