Dünya

İspaniyada isti hava 5 mindən çox insanın ölümünə səbəb oldu

1 Sentyabr 2026 03:03
Baxış: 226
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İspaniyada bu yay müşahidə olunan güclü istilər nəticəsində 5 232 nəfərin öldüyü açıqlanıb. Bu, ölkədə indiyədək qeydə alınan ən yüksək göstəricidir.

Milli.Az xəbər verir ki, yalnız avqust ayında yüksək temperaturla əlaqələndirilən 2 147 ölüm faktı qeydə alınıb.

Statistikaya əsasən, ölənlərin 5 048-i 65 yaşdan yuxarı şəxslərdir. Ən yüksək risk qrupunda isə 85 yaşdan yuxarı insanlar yer alır.

Yeni göstərici əvvəlki rekordları da əhəmiyyətli dərəcədə üstələyib. 2022-ci ildə istilərlə əlaqəli 4 789, 2023-cü ildə isə 3 035 ölüm qeydə alınmışdı.

Meteoroloqlar 2026-cı ilin ilk yarısının İspaniyada son 65 ilin ən isti dövrü olduğunu bildiriblər. İyun ayı tarixdə ikinci ən isti iyun, iyul isə ən isti və quraq iyul kimi qeydə alınıb.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.