Siyasət

"Qərb XX əsrin ən vəhşi qətliamı olan Xocalı soyqırımına göz yumur"

24 Fevral 2017 13:44
Baxış: 493

"Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını dərhal azad etməlidir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə Baş nazirinin müavini Numan Kurtulmuş deyib.

N.Kurtulmuş qeyd edib ki, beynəlxalq ictimaiyyət 1992-ci il fevralın 26-da Xocalıda yaşanan qeyri-insani hərəkətlərə biganə qalmamalıdır.

Baş nazirin müavini Xocalı qətliamının ildönümü ilə bağlı açıqlamasında 25 il öncə Xocalıda erməni quldurları tərəfindən törədilən soyqırımı nifrətlə andığını vurğulayıb: "Unutmadıq, unutdurmayacağıq".

N.Kurtulmuş hər fürsətdə ermənilərin saxta iddialarının təbliğatını aparan Qərb dünyasının 20-ci əsrin ən vəhşi qətliamlarından biri olan Xocalı soyqırımına göz yumduğunu deyib:

"Azərbaycanlı qardaşlarımın ağrı-acısının bizim ağrı-acımız olduğunu xatırladır, Xocalı şəhidlərinə Allahdan rəhmət diləyirəm".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.