Siyasət

Malena Mard: "Azərbaycanla hər iki tərəf üçün uyğun olan saziş imzalamağa çalışırıq" - YENİLƏNİB

12 Fevral 2016 12:12
Baxış: 685

12:12

Biz çalışırıq ki, hər iki tərəf üçün uyğun olan yeni strateji tərəfdaşlıq sazişi imzalayaq.

Trend xəbər verir ki, bu barədə jurnalistlərə Avropa İttifaqının Azərbaycandakı səfiri Malena Mard deyib.

Onun sözlərinə görə, bu əsasən qanunun aliliyi, insan haqları, demokratiya, ticarət, iqtisadiyyat və digər sahələri əhatə edəcək: "Biz daha geniş əlaqələr qurmaq üçün yeni yollar axtarmalıyıq" .

O bildirib ki, qanunun aliliyi, regionların inkişafı sahəsində Azərbaycana qrantlar formasında yardımlar olacaq: "Bu 75-90 min avro təşkil edəcək. Bu, Şərq Tərəfdaşlığının bir hissəsidir".

Səfir Avropa Qonşuluq siyasətinin nəzərdən keçirildiyini və bu məsələdə hökumətin, vətəndaş cəmiyyəti üzvlərinin rəylərinin öyrənildiyini deyib.

----------

11:31

"Çalışırıq ki, hər iki tərəf üçün uyğun olan strateji tərəfdaşlıq sazişi imzalayaq".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib. O bildirib ki, bu sənəd əsasən qanunun aliliyi, ticarət, iqtisadiyyat, demokratiya və digər sahələri əhatə edir.

M. Mard qeyd edib ki, qanunun aliliyi, ədliyyə, regionların inkişafı sahəsində Azərbaycana qrantlar qismində yardımlar ayrılacaq: "Bu qrantların həcmi 75-90 milyon avro təşkil edəcək. Bunlar Avropa Qonşuluq Siyasəti və "Şərq tərəfdaşlığı"nın tərkib hissəsidir". 

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.