"Bef burginyon"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az "Bef burginyon"un hazırlanma qaydasını təqdim edir
Tərkibi (3-4 pay):
1 kq sümüksüz dana əti
6 ortaboy kartof
1 iri yerkökü
1 iri baş soğan
4 diş sarımsaq
Provans otları
rozmarin, kəklikotu, dəfnə yarpağı, dənəvər istiot
duz
un
1 butulka qırmızı şirin şərab
şampinyon
marinə edilmiş "mirvari soğan" (hazırı satılır, tapmasanız, linkdə hazırlanma qaydası var, yaxud onsuz da keçinmə olar)
Əti tərəfi 4 sm olan kubik doğrayın. Duz və provans otları vurun. Tərəvəzi hazırlayanadək ət marinə olacaq.
Yerkökünü iri, barmaq qalınlıqda uzunasına doğrayın. Soğanla sarımsağı da iri doğrayın. Hamısını ayrılıqda qovurub odadavamlı qaba yığın.
Bir parça cuna (yaxud ağ pambıq parça) götürüb rozmarin, kəklikotu, dəfnə yarpağı, dənəvər istiotu içinə qoyub bükün, ağzını bağlayın. Tərəvəzin üstünə qoyun.
Ət tikələrini una batırıb bitki yağında hərtərəfli qızardın. Əgər ət çox, tava balacadırsa, hissə-hissə qovurun. Çünki əks təqdirdə ət qızarmaq əvəzinə şirəsini buraxıb bişəcək.
Qızarmış əti tərəvəzin üzərindən düzün.
Qırmızı şərabı tökün. O, əti tam örtməlidir. 160 dərəcə qızdırılmış sobada 2,5-3 saat bişirin.
Bişməyə yarım saat qalmış kartofu təmizləyib yuyun, suda bişirin. Göbələyi qovurun.
Hazır xörəyi sobadan çıxarın. Otları bükdüyünüz parçanı götürün. Göbələyi əlavə edin. Süfrəyə bişmiş kartof və "mirvari soğan"la verin.

Nuş olsun!
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Marinadlanmış albalı: Ət yeməkləri üçün fərqli və ləzzətli qəlyanaltı resepti
-
İdeal qarğıdalı bişirməyin yolu məlum oldu: 1 qaşıq kifayətdir
-
Keksi şar kimi qabardan sirr: Birini əlavə etmək bəs edir
-
Səhər yeməyinə 10 dəqiqəyə hazırlaya biləcəyiniz pendirli börek resepti
-
Soğan qovurarkən bir çimdik əlavə etmək kifayətdir: Rəngi də, dadı da tamamilə dəyişir
-
Şimali Afrika klassikası: Mərakeş üsulu limonlu və zeytunlu toyuq "Tajin"i
XƏBƏR LENTİ
-
Uşaqların telefonuna nəzarət: Hansı yaşa qədər düzgündür?
-
Ömrü uzada bilən isti içkilər
-
Yayda ən çox edilən səhv - Kondisionerin yaratdığı təhlükələr
-
Hər gün xiyar yeməyin faydası
-
Paltaryuyanda yuyucu tozu hara tökmək lazımdır? - Çoxlarının etdiyi səhv
-
Qəhvənin möcüzəvi təsiri - Xərçəng və diabet riskini azalda bilər
-
Qızdırmanı belə salmağa çalışmayın - Təhlükəlidir
-
Süni intellektə ən çox verilən 10 sual - Soruşulanlara inanmayacaqsınız
-
Bu çips kartofdan deyil - Mal ətindən hazırlanır
-
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
-
Elnur Kərimovu sancan ilan öldü, aktyorun vəziyyəti açıqlandı
-
Varlanmaqda çox çətinlik çəkən üç BÜRC
-
İran Silahlı Qüvvələri hər öldürülən iranlı üçün bir amerikalı əsgər öldürəcək - Əli Abdullahi
-
İlan sancması zamanı zəhərin özündən daha təhlükəli olan 5 səhv
-
Daha bir övladı Pittin soyadını istəmir
-
Küveyt və Bəhreyn iyulda İrana gizli şəkildə zərbələr endirib
-
Ukraynada hərbçiləri partlatmağa çalışan qız saxlanılıb
-
Şəmkirdə 12 yaşlı qız bıçaqlanıb öldürüldü
-
“Bütün məsuliyyət Vado Korovinlə onun üzərinə düşür” - “Space TV”nin açıqlaması
-
“İflicdən sonra düşündüm ki, teatrla qurtardım” - Kubra Əliyeva
-
Biləcəridə baş verən yanğın söndürülüb, hərəkət məhdudiyyəti aradan qaldırılıb - (Yenilənib)
-
Andrea Pirlo İtaliya millisinə baş məşqçi təyin oluna bilər
-
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
-
Si Cinpin və Putin İrana silah satmayacaqlarına söz veriblər - Tramp





