Si Cinpin və Putin İrana silah satmayacaqlarına söz veriblər - Tramp
ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinin İrana silah satmayacaqlarına söz verdiklərini bildirib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, Tramp bu barədə özünün sosial media hesabında paylaşım edib.
O bildirib ki, Pekində Si Cinpinlə son görüşü zamanı Çin lideri ona heç bir halda İslam Respublikasına silah verməyəcəyini və satmayacağını, bunun Çin şirkətlərinə də aid olduğunu deyib.
"Aramızdakı münasibətləri nəzərə alaraq, onun sözünə inanıram. Bundan başqa, mən də onun üçün çox böyük yaxşılıqlar edirəm", - Tramp qeyd edib.
ABŞ Prezidenti əlavə edib ki, Rusiya ilə Ukrayna arasında müharibə davam etsə də, Vladimir Putin də ona İrana silah satmayacağını bildirib.
Tramp vurğulayıb ki, ABŞ Ukraynaya birbaşa silah satmır, silahlar NATO ölkələrinə satılır, onlar tam ödəniş edir və həmin silahların sonradan necə bölüşdürülməsi ABŞ-a məlum deyil.
"İranla bağlı adları ən çox hallanan iki böyük ölkə, mənim fikrimcə, bu prosesdə iştirak etmir. Əgər iştirak etsəydilər, bu onlar üçün çox pis olardı. Bu, qətiyyən onların maraqlarına uyğun deyil", - deyə Tramp əlavə edib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Londonda Azərbaycan səfirliyi qarşısında İran agentlərinin təxribatı - (Foto/Video)
-
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - (Foto/Video)
-
Azərbaycanın beynelxalq mövqeyi: müharibədən sülhə, regional gücdən qlobal nüfuza
-
Ərdoğan Bayramovu qəbul etdi
-
Ermənistan sülh üçün zəruri addımlar atmalıdır - Ceyhun Bayramov
-
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib
XƏBƏR LENTİ
-
Xüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir
-
Binanın ehtiyat çıxışılarını bağlayıb obyektə çevirirlər? - (Video)
-
"Ən bahalı müğənnisən, sənin yerinə utandım" - Rəvan Bağırov
-
Polşada baş nazir polis alayını məhkəməyə yeritdi, Prezident təcili geri qayıtdı
-
Zaqatalada qaz olmayacaq
-
Tovuzda ağır qəza - 4 nəfər xəsarət alıb - (Foto)
-
Günün qoroskopu: Ruhi gərginlik bu gün sizə üstün gələ bilər
-
Qızılın qiyməti xeyli ucuzlaşdı
-
"Bir qığılcım düşsə bütün bina yanacaq" - (Video)
-
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
-
Arif Əfəndiyev vəfat edib - (Foto)
-
“Yeraltı”nın cütlüyündən ilk romantik (Foto)
-
Roman Abramoviç Bakıdadır - (Foto)
-
Torpaq sürüşməsi fəsadlara yol açdı - (Video)
-
Portuqaliya Futbol Federasiyası Kriştiano Ronaldo barədə qərar verib
-
Londonda Azərbaycan səfirliyi qarşısında İran agentlərinin təxribatı - (Foto/Video)
-
Azərbaycanda sahibkarın meyiti öz həyətində tapıldı - (Foto)
-
“Başkalarının hayatı” yayımlanmayacaq
-
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
-
Sabah Şahbuzda işıq olmayacaq
-
"Əl-Nəsr"dən Ronaldonu istədilər
-
İslam Rəhimov ardıcıl ikinci dəfə U-23 Avropa çempionu olub
-
"Sabah"ın bu mövsümdə ilk məğlubiyyəti
-
Hidayət Heydərov bürünc medal qazandı





