Kulinariya

Çar kartofu - FOTO

6 Fevral 2016 07:00
3 Şərh     Baxış: 9 148
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Milli.Az çar kartofunun hazırlanma qaydasını təqdim edir

Tərkibi (6 pay): 

500 q toyuq filesi
2-3 kartof
mayonez 
pendir
duz
istiot

Toyuq ətini 1 sm qalınlıqda doğrayıb yüngülcə döyün. Formanın içinə döşəyin (dibini tam örtməlidir). Duz-istiot vurun. 
Kartofu 2 mm qalınlıqda fal-fal doğrayın, duz-istiot vurub qarışdırın. 
Filenin üstündən düzün. 
Üzərinə mayonez tökün. Sürtgəcdən keçirilmiş pendir səpin. 
Formanın üzərinə folqa çəkib 180-200 dərəcə qızdırılmış sobada 1 saat bişirin. Sonra folqanı çıxarın, üzəri qızaranadək bişirin. 

Nuş olsun!

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.