Hadisə, Kriminal

Bakıda binanın uçması nəticəsində ölənlərin kimliyi bilindi - YENİLƏNİB - VİDEO - FOTO

25 Yanvar 2014 23:54
36 Şərh     Baxış: 34 854
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

23:54

Milli.Az bildirir ki, bu gün saat 16 radələrində Bakıda Heydər Əliyev prospekti, 60 ünvanında sökülməkdə olan binanın uçması nəticəsində həlak olmuş 21 yaşlı Cavid Ədalət oğlu Bayramlı Azərbaycan Rəssamlıq Akademiyasının 4-cü kursunda, 23 yaşlı Asiman Salman oğlu Ələkbərov isə London Holts Academy of Jewellery-də oxuyurdu.

---------

23:37

Bu gün saat 16 radələrində Bakıda Heydər Əliyev prospekti 60 ünvanında sökülməkdə olan bina uçub.

Hadisə zamanı iki nəfər uçqunun altında qalıb. Nərimanov rayon Polis İdarəsindən verilən məlumata görə, bunlar Bakı sakinləri - 1992-ci il təvəllüdlü Bayramlı Cavid Ədalət oğlu və 1988-ci il təvəllüdlü Ələkbərov Asiman Salman oğludur.
 

Cavid Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının 4-cü kurs tələbəsi imiş, evin tək uşağı olan Cavidin atası bir neçə gün bundan öncə vəfat edib.

Milli.Az Azxeber.com-a istinadən bədbəxt hadisə nəticəsində vəfat edən Cavidin fotolarını təqdim edir.

--------- 

20:21

Fövqəladə Hallar Nazirliyi Bakıda sökülməkdə olan binanın uçması ilə bağlı məlumat yayıb.

APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Bakının Nərimanov rayonunda hal-hazırda yaşayış olmayan, sökülməkdə olan beşmərtəbəli bina uçub. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, bina uçaraq yaxınlıqda olan avtomobilin üzərinə tökülüb. Nəticədə 1992-ci il təvəllüdlü Bayramlı Cavid Ədalət oğlu və 1988-ci il təvəllüdlü Ələkbərov Asiman Salman oğlu vəfat edib. Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüb və binaya yenidən baxış keçiriblər. Əməliyyat saat 17:09-da başa çatıb. Müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

---------
18:17


Anspress yazır ki, Heydər Əliyev prospektində sökülməkdə olan binanın uçması nəticəsində ölən iki nəfər əvvəl deyildiyi kimi "Mitsubishi Pajero İO" avtomobilinin içində deyil, Shevrolet Niva maşının içindəkilər olub.

Hadisə zamanı bu maşından əlavə, daha 4 maşına da ciddi zədə dəyib. ANS TV-nin hadisə yerində olan müxbiri İlkin Kərimovun verdiyi məlumata görə, hadisəyə uçurulan binanın üstündəki ekskavator səbəb olub. Binanın uçması nəticəsində xoşbəxtlikdən həmin ekskavator yerə düşməyib.

--------
18:11

Milli.Az-ın müxbiri Anar Məmmədov bildirir ki, Nərimanov rayon prokuroru Fikrət Mahmudov hazırda hadisə yerindədir.

Nərimanov Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, faktla bağlı cinayət işi açılıb, istintaq gedir.

----------
18:04

Bakının Heydər Əliyev prospektində sökülməkdə olan beşmərtəbəli binanın uçması nəticəsində ölənlərin kimliyi məlum olub.

Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, bunlar Bakı sakinləri - 1992-ci il təvəllüdlü Bayramlı Cavid Ədalət oğlu və 1988-ci il təvəllüdlü Ələkbərov Asiman Salman oğludur.
 
Bina uçan zaman həmin şəxslər yaxınlıqda dayanan "Mitsubishi Pajero" markalı avtomobildə olublar. Avtomobilin sürücüsü C. Bayramlı olub. 

---------
18:03

Milli.Az-ın hadisə yerindəki əməkdaşı Anar Məmmədov bildirir ki, ölənlər 5 saylı xəstəxananın morquna yerləşdiriliblər. İlkin məlumata görə, onlar 21-22 yaşlı gənclərdir.

---------
17:39

Bakının Heydər Əliyev prospektində sökülməkdə olan binanın uçması nəticəsində iki nəfər ölüb.

ANS TV-nin hadisə yerində olan müxbiri İlkin Kərimovun verdiyi məlumata görə, əzilən maşın Mitsubishi Pajero İO avtomaşını olub. Ölənlər həmin maşının içərisindəkilər olublar. Əzilmiş maşın xilasedicilər tərəfindən hadisə yerindən aparılıb.

Heydər Əliyev prospektində Ağa Nemətulla küçəsi ilə kəsişmənin yaxınlığında sökülməkdə olan binanın uçması nəticəsində Koroğlu metrosu istiqamətində kənar yolda tıxac müşahidə olunur. Sürücülərə alternativ olaraq Babək prospektindən istifadə etmələri tövsiyə olunur.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, Heydər Əliyev prospektində Ağa Nemətulla küçəsi ilə kəsişmənin yaxınlığında sökülməkdə olan binanın uçması nəticəsində "Koroğlu" metrosu istiqamətində kənar yolda tıxac müşahidə olunur. Sürücülərə alternativ olaraq Babək prospektindən istifadə etmələri tövsiyə olunur.

---------
17:36

Bakının Heydər Əliyev prospektində sökülməkdə olan beşmərtəbəli binanın uçması nəticəsində iki nəfər ölüb.
 
FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı, leytenant Dövlət Şükürovun APA-nın hadisə yerində olan müxbirinə verdiyi məlumata görə, həmin şəxslər binanın yanında dayanmış avtomobilin içində olublar.
 
Məlumata görə, FHN-in əməkdaşlarının xilas etdiyi iki kişi ağır yaralı vəziyyətdə təcili tibbi yardım maşını ilə 5 saylı şəhər klinik xəstəxanasına aparılıblar. Onlar xəstəxanaya aparılarkən yolda keçiniblər.
 
Nərimanov Rayon Polis İdarəsindən APA-ya bildirilib ki, hadisə nəticəsində ölənlərin şəxsiyyəti hələlik müəyyənləşməyib.
 
---------
17:21

Bakının Heydər Əliyev prospektində sökülməkdə olan beşmərtəbəli binanın uçması nəticəsində yaxınlıqda dayanan avtomobillərdən biri tam yararsız hala düşüb, daha 6 maşın qismən əzilib.

APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, FHN əməkdaşlarının səyi nəticəsində prospekt dağıntılardan təmizlənib. Hazırda Heydər Əliyev prospektində nəqliyyatın hərəkəti bərpa olunub.

---------
17:19

Bakı Təcili və Təxirəsalınmaz Yardım Stansiyasından Milli.Az-ın müxbiri Anar Məmmədova bildirilib ki, hadisə yerinə 3 briqada çıxıb. Həkimlərin ölən və yaralılar haqda dəqiq məlumatları yoxdur. Dağıntılar altında başqa insanların da qaldığını güman etdiklərindən həkimlər hadisə yerində növbə çəkirlər.

---------
17:11

Milli.Az-ın müxbiri Anar Məmmədov bildirir ki, hazırda prokurorluq əməkdaşları hadisə yerindədirlər, təhqiqat başlanıb.

Əməkdaşımızın bildirdiyinə görə, dağıntılar altında qalan avtomobildən 3 nəfər çıxarılıb. Onlardan ikisi həlak olub, biri isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

---------
17:01

APA-nın məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin qüvvələri və texnikası cəlb edilib.

İlkin məlumata görə, xilasedicilər dağıntılar altından iki cəsədi çıxarıblar.

Əməkdaşımızın bildirdiyinə görə, bina yola tərəf uçduğu üçün yol kənarında dayanan maşınlar dağıntılar altında qalıb. Həmin maşınlarda adam olub-olmadığı hələlik dəqiqləşdirilməyib.

----------
16:57

Bu gün saat 16 radələrində Bakının Nərimanov rayonunda, Heydər Əliyev prospektində sökülməkdə olan bina uçub.

APA-nın hadisə yerində olan müxbirinin verdiyi xəbərə görə, hadisə nəticəsində ölən və yaralananlar var.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin qüvvələri və texnikası cəlb edilib.

İlkin məlumata görə, dağıntılar altından iki cəsəd çıxarılıb.

---------
16:46

Bakının H.Əliyev prospektində dəhşətli hadisə baş verib. Milli.Az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, sökülən binalardan biri yol ilə gedən maşının üstünə aşıb. Ölənlər var.

Teymur Hacıyev, Anar Məmmədov
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

---------
23:54




---------
23:37




---------
18:45



----------
18:39



----------
17:40



----------
17:30



-----------
17:26



-----------
17:23



-----------
16:46




Foto: Teymur Hacıyev
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.