Ölkə

Azərbaycanda iki bacının faciəsi - biri öldü, digəri komadadır - FOTO

16 Sentyabr 2016 14:53
73 Şərh     Baxış: 19 348
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünən Novxanıda baş vermiş dəhşətli yol qəzasında ölən və yaralanan iki qızın bacı olduğu məlum olub. 

Milli.Az lent.az-a istinadən bildirir ki, 1991-ci il təvəllüdlü Sürəyya Qəhrəmanlının idarə etdiyi "Chevrolet"in "MAN" markalı yük maşınına çırpılması nəticəsində o vəfat edib. Bacısı, 24 yaşlı Leyla Qəhrəmanlı isə koma vəziyyətində xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi açılıb, ekspertizalar təyin edilib.

Qəzaya düşən bacılar Bakıdakı özəl klinikalardan birində çalışırmışlar. Onlar Sumqayıtdan Bakıya işə gələrkən qəzaya düşüblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.