Ölkə

I sinfə qəbul üçün müsahibələr başladı - FOTO

20 İyun 2016 14:12
3 Şərh     Baxış: 1 875
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gündən etibarən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərə 6 yaşı cari ilin sentyabrın 16-dan dekabrın 31-dək tamam olacaq uşaqların I sinfə qəbulu məqsədilə müsahibələr başlayıb.

Milli.Az bildirir ki, idarədən Trend-ə verilən məlumata görə, müsahibələr Bakı şəhəri Nəsimi rayonundakı 42 nömrəli tam orta məktəbdə keçirilir. Belə ki, uşaqlarının vaxtından əvvəl məktəbə getməsini arzu edən valideynlər (və ya qanuni nümayəndələr) övladlarının müsahibədə iştirakı üçün iyulun 15-dək mektebeqebul.edu.az saytında qeydiyyatdan keçməlidir. Müsahibədən mektebeqebul.edu.az saytı vasitəsilə qeydiyyatdan keçmiş valideyn müsahibənin tarixi və vaxtı barədə məlumatın qeyd olunduğu buraxılış vərəqəsini çap edərək göstərilən zamanda övladını 42 nömrəli məktəbə gətirməlidir.

Ümumilikdə bu günədək 6 yaşı tamam olmayan 4171 nəfər uşaq üçün mektebeqebul.edu.az saytından qeydiyyatdan keçilib. Artıq 6 yaşı tamam olmayan 2740 nəfər uşaq üçün mektebeqebul.edu.az saytından qeydiyyatdan keçən valideynlərə (və ya qanuni nümayəndələr) şəxsi kabinetə daxil olaraq müsahibədən qeydiyyatdan keçmək və buraxılış vərəqəsini çap etmək barədə "sms" göndərilib, onlardan 1948 nəfər müsahibədə iştirak üçün buraxılış vərəqəsi çap etdirib.

Valideynlər müsahibənin nəticələrinə dair "sms" aldıqdan sonra məktəbə qəbul üçün müvafiq sənədləri təqdim etməklə seçdikləri məktəbdə fəaliyyət göstərən işçi qrupuna müraciət etməlidirlər.

Təhsil nazirinin müvafiq əmrinə əsasən müəyyən edilmiş məktəblərdə fəaliyyət göstərən məktəbəhazırlıq kursunu bitirmiş uşaqların valideynləri isə mektebeqebul.edu.az saytından həmin kursu bitirdiyinə dair sertifikatı çap etməli, eyni zamanda məktəb seçməlidirlər.

Qeyd edək ki, kursu müvəffəqiyyətlə bitirərək sertifikat almış 1373 nəfər xüsusi istedada malik uşaq I sinfə müsahibədənkənar qəbul olunacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.