Ölkə

I sinfə şagird qəbulu üçün müddət uzadıldı

7 Aprel 2016 14:03
0 Şərh     Baxış: 2 310
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı şəhəri üzrə I sinfə şagird qəbulu müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara martın 1-dən aprelin 5-dək aparılan elektron qeydiyyat yekunlaşıb.

Milli.Az bildirir ki, Bakı şəhəri üzrə Təhsil İdarəsindən lent.az-a verilən məlumata görə, valideynlərin çoxsaylı müraciətlərinə əsasən, lisey və gimnaziyaların 1-ci sinfinə elektron qeydiyyatın vaxtı  bu gündən etibarən bir neçə gün artırılıb.

Belə ki, I sinfə şagird qəbulu müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara elektron qeydiyyat 10 aprel saat 00:00-dək davam edəcək.
 
Qeyd edək ki, seçim üçün müsabiqələr (imtahanlar)  aprelin 15-dən mayın 15-dək həyata keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.