Ölkə

Valideynlər üçün cərimənin məbləği artırılır

10 Dekabr 2015 15:47
3 Şərh     Baxış: 2 560
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrini lazımınca yerinə yetirməyən valideynlər üçün müəyyən edilən cərimənin məbləği artırılır.

Trend-in məlumatına görə, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinin 51-ci maddəsinin yeni redaksiyada verilməsi təklif edilib.

Belə ki, Azərbaycanda yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə onlara xəbərdarlıq ediləcək və ya 40 manatdan 60 manatdək miqdarda cərimə ediləcək.

Hazırda bu maddədə "üzrlü səbəblər" xüsusi olaraq, qeyd edilməyib. Eyni zamanda, hazırkı məcəllələyə görə, yetkinlik yaşına çatmayan uşaqların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə xəbərdarlıq edilir və ya iyirmi manatdan qırx manatadək miqdarda cərimə edilir.

Komitənin sədri Aqiyə Naxçıvanlı bildirib ki, "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında" və "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə qanun layihələrində də valideynlərin öz vəzifələrini yerinə yetirməməsi ilə bağlı maddələrdə valideynlərin öz vəzifələrinin "üzrlü səbəblər olmadan" yerinə yetirməməsi kimi verilməsi təklif edilir.

Qanun layihəsinə görə, yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və ya saxlanılması üzrə öz vəzifələrini üzrlü səbəblər olmadan yerinə yetirmədikdə və ya onların davranışına mənfi təsri göstərdikdə, yaxud onlarla qəddar rəftar etdikdə valideynlər və ya digər qanuni nümayəndələr barəsində də fərdi profilaktik iş aparılır.

Əsasnamə layihəsinə görə, yetkinlik yaşına çatmayanların təlim-tərbiysəi və saxlanılması sahəsində öz vəzifələrini üzrlü səbəblərdən icra etməyən, yaxud onların davranışına mənfi təsri göstərən valideynlər və ya digər qanuni nümayəndələr barəsində intizam təsir tədbirləri tətbiq edilir.

A.Naxçıvanlı hesab edib ki, bu dəyişikliklər valideynlərin məsuliyyətini daha da artıracaq.

Layihələrin Milli Məclisin plenar iclasına müzakirə üçün təqdim edilməsi qərara alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.