Avto

"Lada"-nın yeni modelinin qiyməti açıqlandı - FOTO

16 Aprel 2014 16:21
29 Şərh     Baxış: 38 764
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"AvtoVaz" şirkətinin prezidenti Bu Anderseon "Lada" avtomobilinin tamamilə yeni modeilinin bəzi təfərrüatlarını açıqlayıb. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, gələn il satışa çıxacaq "Lada Vesta" modelinin Rusiya ərazisində qiyməti 400 min (8640 manat) rubl olacaq.

"Gələn ilin sentyabr ayında biz "Lada Vesta"nı buraxacağıq. Bu, Rusiya şəraiti üçün mükəmməl maşın olacaq. Onun dizaynı müasirdir. Həm də rahat və təhlükəsizdir. Qiyməti 400 min rubl olacaq. Əsas odur ki, bu modelin buraxılışını gecikdirməyək. Qarşıdan gələn üç il ərzində Ladanın daha beş yeni modelini buraxacağıq" - Bu Anderson qeyd edib.

Onun sözlərinə görə, 500 gündən sonra "Lada Vesta" artıq bazara çıxacaq.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.