Günün 24 saatı elektrik istehsal edən taxta hazırlandı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Təbii mikro kanal düzümünə görə seçilən balza ağacı yüksək texnologiya ilə işlənilərək avtonom bir enerji sisteminə çevrilib. Bu material günəş enerjisinin 91,27%-ni istifadə edilə bilən istiliyə çevirmək qabiliyyətinə malikdir.
Milli.Az xəbər verir ki, tədqiqat qrupu ağaca sərtlik verən liqnin komponentini kənarlaşdıraraq onun məsaməliliyini 93%-dən çox artırıb. Açılan mikro kanallar günəş işığının bütün spektrini (ultrabənövşəyi, görünən və infraqırmızı) udan ultra-nazik qara fosforen təbəqəsi ilə örtülüb. Oksidləşmənin qarşısını almaq üçün bu təbəqələr molekulyar qalxanla qorunub və işıq udulmasını artırmaq üçün gümüş nanopartikullar əlavə edilib.
Qaranlıqda elektrik istehsalı necə təmin edilir?
Bu texnologiyanın ən heyrətamiz tərəfi günəş batdıqdan sonra da enerji istehsalını dayandırmamasıdır:
İstilik depolama: Ağac kanalları əriyən zaman istiliyi toplayan, bərkiyən zaman isə onu geri buraxan "stearik turşu" ilə doldurulub.
Fasiləsiz dövrə: Sistem termoelektrik generatorla birləşdirildikdə, standart günəş işığı altında 0,65 V gərginlik istehsal edir. Günəş batdıqda isə depolanan istilik tədricən ayrılır və temperatur fərqi qorunaraq elektrik istehsalı 24 saat davam edir.
Yanğına davamlı və "Suya nifrət edən" xüsusiyyət
Laboratoriya testləri göstərib ki, material 100 isinmə və soyuma dövrəsindən sonra belə öz xüsusiyyətlərini qoruyur:
Süperhidrofobik: Material 153 dərəcəlik təmas bucağı ilə suyu tamamilə itələyir.
Yanğın müqaviməti: Yanğına qarşı yüksək müqavimət göstərir və alovlandıqda iki dəqiqə ərzində öz-özünə sönür.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Sumqayıtda 1 nəfər dənizdə batdı (Video)
-
28 yaşlı aktyor 82 yaşlı rəssam sevgilisi ilə
-
Ardaya La Liqada heç kim çata bilmir (Foto)
-
Türkan Vəlizadənin ChatGPT ilə "imtahanı" (Video)
-
Bakıda qəzada ölən kuryer son mənzilə belə yola salındı - (Video)
-
Hande Londonda dərs alsa da, yenə ingiliscəsi bəyənilmədi - (Video)
XƏBƏR LENTİ
-
Sumqayıtda 1 nəfər dənizdə batdı (Video)
-
28 yaşlı aktyor 82 yaşlı rəssam sevgilisi ilə
-
Günel Qədimova DOST-da şöbə müdiri oldu
-
Ortağınız payını satırsa, sizə hansı hüquqlar verilir? – Mülki Məcəllədə yeniliklə bağlı AÇIQLAMA
-
Ardaya La Liqada heç kim çata bilmir (Foto)
-
Azərbaycanda qazlı içkilər bahalaşa bilər - Yeni vergi gəlir
-
Ögey qardaşı tərəfindən qətlə yetirilən Gülarənin son paylaşımı - (Foto)
-
Qərbi Kaspi Universiteti iki göstərici üzrə Azərbaycanda birinci oldu - (Foto)
-
Türkan Vəlizadənin ChatGPT ilə "imtahanı" (Video)
-
Bakıda qəzada ölən kuryer son mənzilə belə yola salındı - (Video)
-
“Range Rover gətirəcəyəm” deyib 261 min manat aldı - Saxlanıldı
-
Gülarənin ögey qardaşı onunla eyni universitetdə təhsil alırmış - (Yenilənib/Foto)
-
Sabah yağış yağacaq, qara keçəcək - Proqnoz
-
Samuxda ağır qəza - Ölən və xəsarət alan var - (Yenilənib/Video)
-
Trampa sui-qəsd planına görə 27 il həbs cəzası aldı
-
Rövşan Əsgərov Rusiyada məhkəmə qarşısına çıxarılır
-
Azərbaycanda daha bir dövlət rüsumu ləğv olunur
-
Hande Londonda dərs alsa da, yenə ingiliscəsi bəyənilmədi - (Video)
-
Maykl Ceksonun məşhur gödəkçəsinə 8,5 milyon dollar təklif edildi
-
Azərbaycanda ikinci əl avtomobillərin satış qaydası dəyişir
-
Marketlərdə satılan çipslərlə bağlı yeni qərar
-
Könül Xasıyevanın PUB-da çıxışı müzakirə yaratdı – (Video)
-
Almaniya Ermənistanla sülh istiqamətində addımlarına görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Almaniya XİN Ukraynaya göstərilən humanitar yardımlara görə Azərbaycana təşəkkür edib





