Dünya

Rusiyanın neft ehtiyatları 30 il kifayət edəcək

29 Noyabr 2021 21:30
0 Şərh     Baxış: 656
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiyanın neft ehtiyatları minimum 30 il kifayət edər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikri Baş nazirin müavini Aleksandr Novak Rusiya-Çin Enerji Forumunda söyləyib.

O bildirib ki, Rusiya nəhəng neft və qaz ehtiyatlarına malikdir. Ölkənin neft ehtiyatları azı 30 il, qaz ehtiyatları isə minimum 50 il müddətinə kifayət edəcək.

A.Novak qeyd edib ki, son illər alternativ enerji mənbələrinə keçid nəzərə çarpsa da, neft və qaza yaxın illərdə tələbat azalmayacaq. Rusiya rəsmisi ölkəsinin 2022-ci ilin mayına kimi gündəlik neft hasilatını 400 barelə yüksəltmək iqtidarında olduğunu da vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.