Dünya

Rusiyanın 27 diplomatı ABŞ-ı tərk edəcək

27 Noyabr 2021 23:56
0 Şərh     Baxış: 877
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

27 Rusiya diplomatı ABŞ-ı tərk edəcək.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Rusiyanın Vaşinqtondakı səfir Anatoli Antonov bildirib.

"Diplomatlarımız qovulur. Yanvarın 30-da 27 nəfər ailəsi ilə birlikdə bizi tərk edəcək, iyunun 30-da isə analoji sayda adam gedəcək", - o, Rusiya mətbuatına açıqlamasında deyib.

Onun sözlərinə görə, diplomatların həyat yoldaşlarından akkreditasiya götürülür, uşaqlarına viza verilmir.

Antonov bunu ailələrin ayrılması siyasəti adlandırıb və qeyd edib ki, ABŞ ailə ənənələrinə hörmət etdiyini bəyan edir.

O, ABŞ-ın Rusiya ilə münasibətlərə yanaşmasını birtərəfli adlandırıb:

"Çünki Vaşinqton Moskva ilə yalnız onu maraqlandıran məsələləri müzakirə edir".

Antonov vurğulayıb ki, ABŞ-ın sanksiya siyasəti dəyişmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.