Dünya

İsveçdə ilk dəfə vaksin sertifikatı tətbiq olunacaq

17 Noyabr 2021 23:50
0 Şərh     Baxış: 600
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Dekabrın 1-dən etibarən İsveçdə qapalı məkanlarda keçirilən kütləvi tədbirlərdə koronavirus pasportu tələb ediləcək.

Milli.Az APA-ya istinadən bildirir ki, hökumət bu addımı Avropada yoluxmalar kəskin artdığı üçün atıb.

Eyni zamanda vaksin olunmuş şəxslərin test edilməsini dayandırmaqla bağlı hökumət qərarına da yenidən baxılacaq. Səhiyyə Nazirliyi bildirib ki, ölkədə yoluxma səviyyəsi narahatverici həddə deyil. Lakin ölkə dünyadan təcrid olunmadığı üçün ehtiyat tədbirləri zəruridir.

Qeyd edək ki, İsveçdə karantinlə bağlı bütün məhdudiyyətlər sentyabrda ləğv edilib. Lakin vaksinasiya səviyyəsi çox yüksək olduğu üçün ölkə yoluxma göstəricisində ən aşağı yerlərdən birini tutur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.