Dünya

Akardan Azərbaycan açıqlaması: Təhlükəsizlik...

16 Noyabr 2021 13:16
0 Şərh     Baxış: 1 157
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyə ilə Azərbaycanın təhlükəsizlik məsələlələri bir-birindən ayrı düşünülməyəcək səviyyəyə yüksəlib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin milli müdafiə nazir Hulusi Akar ölkə parlamentində nazirliyin 2022-ci il büdcəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, Türkiyə Silahlı Qüvvələri hazırda Azərbaycan ordusunun modernləşmə, təlim və hazırlıq fəaliyyətlərinə dəstək göstərir, işğaldan azad edilmilş ərazilərdə minaların birgə təmizlənməsi prosesini davam etdirir.

"Türkiyə ilə Azərbaycanın təhlükəsizlik məsələləri bir-birindən ayrı düşünülməyəcək səviyyəyə yüksəlib. Təhlükəsizlik başda olmaqla bütün sahələrdə əməkdaşlığımızın nəzərdə tutulduğu Şuşa bəyannaməsi də bu istiqamətdə atılan tarixi bir addımdır",- deyə H.Akar bildirib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.