Goranboyda Neolit dövrünə aid maddi-mədəniyyət nümunələri aşkarlanıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Goranboyda rayonun Tatarlı kəndi ərazisində Muncuqlutəpə nekropolunda arxeloji qazıntılar zamanı Neolit dövrünə aid maddi-mədəniyyət nümunələri - saxsı qablar, daşdan hazırlanmış, əsasən əkinçilikdə istifadə olunan əmək alətləri, obsidian, həmçinin çaxmaqdaşından hazırlanmış kəsicilər və insan skeletləri aşkar edilib.
Milli.Az xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktor, dosent Müzəffər Hüseynov bildirib.
Müzəffər Hüseynov qeyd edib ki, aşkar edilən nümunələrin eramızdan əvvəl təxminən 6-cı minilliyin sonuna aid olduğu güman edilir: "Qazıntı işləri Goranboyun Tatarlı kəndinin ərazisində 1 hektar ərazidə aparılır. 2025-ci ildə aparılan arxeoloji tədqiqatlar çox maraqlı elmi nəticələr verib. Tatarlı kəndinin ərazisində aşkarlanan Muncuqlutəpə nekropolu 2007-ci ildə qeydə alınıb. 2025-ci ildə nekropolda daha 6 qəbir qazılaraq tədqiq edilib. Qəbirlərin 3-ü böyük, 3-ü isə azyaşlı şəxslərə aiddir. Qəbir abidələrindən zəngin arxeoloji materiallar aşkarlanıb. Aşkar edilənlər saxsı qablar əsasən qara cilalıdır. Üzəri müxtəlif heyvan və həndəsi naxışlarla bəzədilmiş qablar üstünlük təşkil edir. Nekropoldan aşkar edilmiş Assuriya tipli qablar qeyri-adi naxışlarla işlənib. Qəbirlərdə skeletlərin yanında tunc və dəmirdən hazırlanmış silahlar - xəncərlər, bıçaqlar, ox ucluqları aşkar edilib. Nekropolda bəzək əşyaları, xüsusilə muncuqlar üstünlük təşkil edir. Bəzək əşyaları müxtəlif mineral və metaldan hazırlanıb, fərqli forma və rənglərdədir. Yaşayış yerinin erkən tunc dövrünə - Kür-Araz mədəniyyətinə aid təbəqəsindən təsərrüfat quyuları, ocaq yerləri, yarımqazma ev qalıqları və zəngin arxeoloji materiallar aşkarlanıb. Arxeoloji materiallara erkən tunc dövrü üçün xarakterik olan yarımdairəvi qulplara malik saxsı qablar, daş əmək alətləri, obsidian və çaxmaqdaşından hazırlanmış kəsicilər daxildir. Çoxtəbəqəli yaşayış yerində arxeoloji qazıntıların gələcək illərdə də davam etdirilməsi qərara alınıb".
Müzəffər Hüseynov nəzərə çatdırıb ki, ümumilikdə Tatarlı kəndi ərazisində son tunc erkən dəmir dövrünə aid 35-ə qədər qəbir aşkarlanıb.
Qeyd edək ki, Goranboy rayonu ərazisində 28 dövlət qeydiyyatında olan, 40 yeni aşkar olunmuş abidə var. Rayonun ərazisində aparılan qazıntı işlərində Azərbaycan arxeoloqları ilə bərabər xarici arxeoloqlar da iştirak edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakıda tanışının evindən 33 min manat oğurladı - Saxlanıldı
-
Tanınmış aktyor xəstəxanaya yerləşdirildi
-
İmişlidə qanunsuz balıq ovlayan şəxs saxlanıldı
-
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
-
Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir
-
Həcc ziyarətinə getmək istəyənlərə mühüm xəbər - Qeydiyyat bu tarixdə başlayır
XƏBƏR LENTİ
-
Lavrov və Rubio Nyu-Yorkda görüşüb
-
Bakıda tanışının evindən 33 min manat oğurladı - Saxlanıldı
-
Tanınmış aktyor xəstəxanaya yerləşdirildi
-
Britaniyada hərbi təyyarə qəzaya uğradı
-
İmişlidə qanunsuz balıq ovlayan şəxs saxlanıldı
-
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
-
Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir
-
Prezident İlham Əliyev BƏƏ Vitse-prezidentinə başsağlığı verib
-
Həcc ziyarətinə getmək istəyənlərə mühüm xəbər - Qeydiyyat bu tarixdə başlayır
-
Serxio Peres: "Azərbaycan Qran-prisini səbirsizliklə gözləyirəm"
-
Hörmüz boğazında karqo gəmisinə hücum: Xəsarət alanlar var
-
Narkokuryerlərə qarşı əməliyyat: 31 kiloqramdan çox narkotik götürüldü - (Video)
-
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib
-
"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" AZCON-un idarəetməsinə verilib
-
Bu məhsulların gömrük rüsumu artırıldı
-
3 gün morqda qaldıqdan sonra tabutda ayılan qazimiz - (Video)
-
Martin Ryan cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldı - (Yenilənib)
-
Bakıda Gəncə Dövlət Filarmoniyasının konserti keçirilib - (Foto)
-
Əli Əsədovdan mühüm qərar
-
Rusiyada taksi sürücüsü sərnişinə 3 dəfə atəş açdı
-
David Alaba İtaliya klubuna transfer olundu
-
Si Szinpin ABŞ-a yola düşdü
-
Qışda uşaqları xəstə edən soyuq deyilmiş
-
“Sənət inciləri” layihəsi üzrə ADA Universitetində mühazirə-konsert keçirilib - (Foto)





