İqtisadiyyat

Alparslan Bayraktardan Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

2 Avqust 2025 13:10
Baxış: 465
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Yaxın zamanda Zəngəzur dəhlizi üzərindən bütün enerji qaynaqlarının və digər logistik həllərin Türkiyəyə çatdırılacağına ümid edirik.

Trend-in Türkiyəyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Türkiyə-Suriya təbii qaz boru kəmərinin açılış mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycandakı təbii sərvətlərin - neft, qaz, bununla yanaşı, elektrik enerjisinin Türkiyəyə ixracı ilə bağlı bütün layihələr birlikdə aparılır:

"Bu istiqamətdə mühüm irəliləyişlər var. Bugünədək həyata keçirilən layihələrə misal olaraq Bakı-Tibilisi-Ceyhan, Bakı-Tibilisi-Ərzurum kəmərləri, eləcə də, Naxçıvan-Türkiyə elektrik interkonnektorunu qeyd edə bilərəm".

"Hazırda Azərbaycandan Türkiyəyə elektrik enerjisi Gürcüstan üzərindən ixrac edilir. Amma yaxın zamanda Zəngəzur dəhlizi üzərindən bütün bu enerji qaynaqları və digər logistik həllər Türkiyəyə çatdırılar. Eyni zamanda, Orta Asiyadakı digər enerji mənbələri və digər logistik məsələlərin Azərbaycan üzərindən Türkiyəyə, Türkiyə üzərindən isə Avropaya çatdırılacağına ümid edirik", - deyə nazir vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.