İqtisadiyyat

Bu gün burada baş verən hadisə birgə işin, birgə nəticənin aydın nümunəsidir - Nazir

2 Avqust 2025 11:51
Baxış: 502
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bu gün burada baş verən hadisə birgə işin, birgə nəticənin aydın nümunəsidir.

Trend-in Türkiyəyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyə-Suriya təbii qaz boru kəmərinin açılış mərasimində deyib.

"Suriya bu gün bərpa, normallaşma prosesini, insanların həyatının normallaşması və inkişaf prosesinə qədəm qoyur. Biz çox məmnunuq ki, qardaş ölkə Türkiyə, eləcə də, Suriya ilə birgə çalışaraq bu işə töhfə verə bilirik.

Belə ki, Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya qaz ixracı ilə bağlı işlərə bu gün start verilir. Bu hadisənin reallaşması Azərbaycan,Türkiyə, Qətər veə Suriya Ddövlət rəhbərlərinin siyasi iradəsi və iqtisadi bağların dərinləşməsi səyindən irəli gəlir. Layihənin icrasi Türkiyənin dəstəyi olmadan icra edilə bilməzdi.

Bu təchizatın Suriyada iqtisadiyyatın və əhalinin həyat şəraitinin yaxşılaşacağına mühüm töhfə verəcəyinə inanırıq. Bugünkü mərasim gələcək mərhələdə bölgədə firavanlıq və barışın əldə edilməsində mühüm layihədir", - o qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.