Dünya

Uşaq evində yeniyetmələr azyaşlıya siqaret çəkdirdi - VİDEO

16 Noyabr 2021 20:18
3 Şərh     Baxış: 1 546
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Kurqan vilayətində 16 yaşlı yeniyetmələrin azyaşlı ilə əylənmələrinin və onu siqaret çəkməyə məcbur etmələrinin görüntüləri yayılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, kadrlarda yeniyetmələrdən biri uşağı portağalla ələ saldığı, həmçinin uşağın başından və ayağından vurduğu görünür. Bununla bağlı yayılan digər videoda uşağa siqaret verildiyi görünür. Uşaq evinin tərbiyəçisi də söyüş söyür və bunu uşağa öyrədir.

Bundan əlavə sosial şəbəkələrdə yeniyetmənin uşağından vurduğu ilə bağlı kadrlar da yayılıb. Balaca qışqırsa da, böyüklər əməlindən əl çəkmirlər.

Hadisə ilə bağlı hüquq mühafizə orqanlarında protokol tərtib olunub. Yeniyetmələrdən biri müvəqqəti təcridxanaya salınıb. Bundan əlavə Uşaq Evi ilə bağlı yoxlamalara da başlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.