"WhatsApp" "iPhone" və "Android" istifadəçiləri üçün yeni "Mesaj Tərcüməsi" funksiyasını təqdim edib.
Milli.Az xəbər verir ki, bu yeniliklə söhbətlərdə, qruplarda və kanal yeniləmələrində yazılan mesajlar birbaşa seçilən dilə çevrilə biləcək.
İstifadəçi mesajın üzərinə uzun basaraq "Tərcümə et" seçimini seçir və mətnin hansı dildən hansı dilə tərcümə olunacağını müəyyənləşdirir.
"iPhone" (iOS) ilk gündən etibarən türk dili də daxil olmaqla 19-dan çox dilə tərcümə mümkündür.
Androidlərdə isə ilkin mərhələdə ingilis, ispan, hindi, portuqal, rus və ərəb dilləri dəstəklənir. Bundan əlavə, Android-də bütün söhbətlər üçün avtomatik tərcümə seçimi də mövcuddur.
"WhatsApp" bildirir ki, bütün tərcümələr cihaz üzərində həyata keçirilir və bu da mesajların məxfiliyini qoruyur. Bunun üçün uyğun dil paketi əvvəlcədən quraşdırılır.
Hazırda "WhatsApp"ın veb və Windows versiyasında bu funksiyanın nə vaxt işə düşəcəyi məlum deyil.
Fidan
Milli.Az