Dünya

“Səni işə götürdüm, əvəzində nə olacaq?” - Bələdiyyə sədrinə qarşı qalmaqallı təcavüz iddiası

15 Noyabr 2021 14:54
2 Şərh     Baxış: 3 738
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Cümhuriyyət Xalq Partiyası növbəti qalmaqalla gündəmə gəlib.

Partiyanın Kıyıköy rayonu üzrə bələdiyyə sədri Əndər Sevincin işə götürdüyü 4 qadına təcavüz etdiyi irəli sürülüb.

İddialara görə, bələdiyyə sədri işə götürdüyü qadınlara əxlaqsız təkliflər edib. Bələdiyyə sədri işə götürmək qarşılığında qadınları yaxınlıq etməyə məcbur edib.

Milli.Az haberler.com-a istinadən xəbər verir ki, cinayət işi açılan Sevinçin işə götürdüyü qıza "səni işə götürdüm, əvəzini nə olacaq?" sözlərini işlətdiyi iddia edilib.

Qadınlardan biri şikayətində bildirib ki, sədr onu içki məkanına dəvət edib. Bələdiyyə sədri qadına deyib ki, işə götürdüyü üçün xanımın ona vəfa borcu var. Bu borcu da yaxınlıq edərək ödəməlidir. Ardınca isə bələdiyyə sədri qadının əlindən tutaraq, ona yaxınlaşamağa cəhd edib.

Bələdiyyə sədri isə iddiaları rədd edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.