Dünya

“Saakaşviliyə qarşı fiziki güc tətbiqi qəbuledilməzdir” - Ukrayna XİN

11 Noyabr 2021 23:38
0 Şərh     Baxış: 1 349
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ukrayna Gürcüstandan öz vətəndaşı olan Mixeil Saakaşviliyə qarşı ləyaqətlə davranmasını tələb edir və ona qarşı fiziki güc tətbiqini qəbuledilməz hesab edir".

Milli.Az APA-ya istinadən xəbər verir ki, Ukrayna xarici işlər nazirinin müavini Nikolay Toçitski Gürcüstanın bu ölkədəki səfiri Giorgi Zakaraşvili ilə görüşü zamanı belə deyib. Bildirib ki, görüş zamanı nazir müavini Gürcüstan tərəfini Ukraynanın mövqeyi ilə bağlı məlumatlandırıb.

Toçitski vurğulayıb ki, Ukrayna Gürcüstanın beynəlxalq hüquqa uyğun olaraq təminat verməyə borclu olduğu M. Saakaşvilinin hüquqlarına riayət olunmasına bundan sonra da xüsusi diqqət yetirəcək.

Qeyd edək ki, Gürcüstan Ədliyyə nazirliyinin Xüsusi Penitensiar Xidməti bu gün sabiq prezident M. Saakaşviliyə qarşı fiziki güc tətbiq edilərək həbsxana xəstəxanasına zorla aparılmasının görüntülərini paylaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.