Ölkə

Qərib Baxşəliyevin ailəsində daha bir ağır itki üz verdi - FOTO

5 Avqust 2025 09:49
Baxış: 1 530
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Vətən müharibəsində şəhid olan polkovnik-leytenant Qərib Baxşəliyevin bacısı vəfat edib.

Milli.Az xəbər verir ki, şəhidin bacısı Sevil xanım ötən gün dünyasını dəyişib.

Qeyd edək ki, Qərib Baxşəliyevin atası İnqilab Baxşəliyev də 2023-cü il noyabrın 3-də oğlunun ölümünün üçüncü ildönümü günü dünyasını dəyişib.

Xatırladaq ki, əslən Laçından olan Qərib Baxşəliyev 1977-ci il may ayının 22-də Bakı şəhərində anadan olub, ailənin yeganə oğul övladı idi. O, Vətən müharibəsi zamanı bir neçə rayonun azad olunması uğrunda döyüşlərdə iştirak edib. 2020-ci il noyabrın 3-də Zəngilan istiqamətində şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Q.Baxşəliyevin şəhadətindən 6 ay sonra qızı Cənnət dünyaya gəlib./"Qafqazinfo" 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.