Dünya

Bu ölkəyə getmək istəyənlərin nəzərinə: Viza üçün depozit tələb olunacaq

5 Avqust 2025 10:16
Baxış: 355
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ turist və biznes vizaları üçün 15 min dollara qədər depozit tələb edən pilot proqram həyata keçirir

Birləşmiş Ştatlar əcnəbilərə turist və işgüzar vizaların (B-1 və B-2 kateqoriyaları) verilməsi zamanı 15 min dollara qədər nağd depozit tələbi ilə bağlı pilot proqrama başlayır.

Milli.Az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Departamentin rəsmi saytında bildirilir ki, proqram yalnız ölkəyə daxil olduqdan sonra vizada göstərilən icazə müddətindən artıq qalan əcnəbilərin sayının yüksək olduğu ölkələrin vətəndaşlarına şamil olunacaq.

Yeni qaydalara əsasən, depozit tələbi o zaman tətbiq olunacaq ki, ərizəçi ABŞ konsulluğunda müsahibə zamanı öz şəxsiyyəti və səfər məqsədi ilə bağlı kifayət qədər məlumat təqdim etməsin. Məqsəd ABŞ-da qalma müddətinin pozulmasının qarşısını almaqdır.

Depozitin məbləği ərizəçinin vəziyyətindən asılı olaraq 5 000, 10 000 və ya 15 000 dollar müəyyən edilə bilər. Şəxs viza müddəti bitdikdən sonra ölkəni vaxtında tərk edərsə, məbləğ tam şəkildə geri qaytarılacaq.

Pilot proqram rəsmi bildirişin dərc edildiyi gündən etibarən bir il müddətində sınaqdan keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.