Ölkə

Baş mühasibsiz işləyən icra hakimiyyətləri - SİYAHI

5 Avqust 2025 13:21
Baxış: 540
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycanda bir neçə icra hakimiyyətində sektor müdiri - baş mühasib vəzifəsi vakansiyaya çıxarılıb.

Milli.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, beş icra hakimiyyəti bir müddətdir baş mühasibsiz fəaliyyət göstərir.

Bunlar Neftçala, Hacıqabul, Goranboy, Ordubad və Bakının Nəsimi rayon icra hakimiyyətləridir. Sözügedən vəzifələr bir müddətdir ki, vakansiyaya çıxarılıb.

Bundan əvvəl isə paytaxtın Xəzər və Pirallahı rayon icra hakimiyyətlərində sektor müdiri - baş mühasib vəzifəsi boş olub. Bir neçə gün əvvəl həmin vəzifələrə təyinatlar həyata keçirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.