Hadisə

Ağır qəza - ana və 2 yaşlı oğlu öldü - FOTO

5 Avqust 2025 14:27
Baxış: 698
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Avqustun 2-də saat 23:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 21-ci kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib.

BDYPİ-dən Milli.Az-a verilən məlumata görə, Qobustan rayon sakini Nuran Faiq oğlu Nuriyev tərəfindən idarə olunan VAZ-21074 markalı, 90 CL 577 dövlət qeydiyyat nişanlı avtomobil yolun müəyyən olunmayan hissəsindən - yerüstü piyada keçidinin altından yolu keçməyə cəhd edən 1993-cü il təvəllüdlü Ülviyyə Vasif qızı Əliyeva və onun 2023-cü il təvəllüdlü azyaşlı oğlunu vurub.

Hadisə nəticəsində ana və övladı aldıqları xəsarətlərdən hadisə yerində həyatlarını itiriblər.

"Yolun düzgün yerindən keçməmək - görünüşdə sadə bir qərardır. Amma bəzən bu qərar, bir ana ilə körpə övladının həyatını əlindən alacaq qədər ağır nəticə doğurur. Baş Dövlət Yol Polisi İdarəsi bu faciəli hadisədən dərin təəssüf hissi keçirir və bir daha hərəkət iştirakçılarını xəbərdar edir: qaydanı pozaraq atılan hər addım - son addımınız ola bilər", - məlumatda deyilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.