Serbiyanın dövlət investisiyaları naziri, eyni zamanda hakim "Serbiya Tərəqqi Partiyası"nın idarəetmə şurasının rəhbəri olan Darko Qlişiç birbaşa televiziya efirində çıxışı zamanı insult keçirib.
Milli.Az xəbər verir ki, hadisə bu gün səhər saatlarında ölkənin aparıcı kanallarından biri olan "Pink TV"nin canlı yayımı zamanı baş verib.
Hadisə yerinə dərhal tibbi yardım çağırılıb və 52 yaşlı siyasətçi xəstəxanaya yerləşdirilib. Məlumata görə, Qlişiçin vəziyyəti ağırdır.
Serbiya Prezidenti Aleksandr Vuçiç hadisədən dərhal sonra vəziyyətlə maraqlanmaq üçün xəstəxanaya baş çəkib və nazirin səhhəti ilə bağlı həkimlərdən məlumat alıb.
Nərmin
Milli.Az