ABŞ və İsraildən HƏMAS-la bağlı mühüm qərar - Müharibə uzanacaq
"New York Times" nəşrinin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Binyamin Netanyahu HƏMAS-a ultimatum hazırlayırlar.
"Tramp və Netanyahu HƏMAS-a ultimatumun verilməsini nəzərdə tutan yeni təklif üzərində işləyirlər", - məlumatda qeyd olunub.
Milli.Az xəbər verir ki, ultimatumun şərtlərinə əsasən, HƏMAS fələstinli məhbusların azad edilməsi müqabilində qalan girovları azad etməli və hərəkatın tərk-silah edilməsini də əhatə edən atəşkəs şərtlərinə razılaşmalıdır. Əks təqdirdə İsrail ordusu kampaniyanı davam etdirəcək.
Nəşrin iddiasının doğru olmaq ehtimalı kifayət qədərdir. Belə ki, Fələstin tərəfindən verilən açıqlamalardan belə məlum olur ki, HƏMAS geri çəkilənə oxşamır. Bu, əlbəttə, həm Təl- Əvivin, həm də Vaşinqtonun maraqlarına uyğun olmamaqla onların hər ikisini qıcıqlandırır.
Məsələ ilə bağlı siyasi şərhçi Kənan Novruzov bildirib ki, HƏMAS daha əvvəl elan etmişdi ki, müstəqil Fələstin dövləti qurulmayana qədər silahı yerə qoymayacaq:
"Məlum olduğu kimi, HƏMAS və İsrail arasında Qəzzada 60 günlük atəşkəsə nail olmaq və girovların azad edilməsinə dair razılaşma əldə etmək məqsədi daşıyan dolayı danışıqlar ötən həftə dalana dirənib.
Fələstinin bu mövqeyi əslində çoxdan məlumdur. Fələstinin uğrunda mübarizə apardığı əsas amal da məhz müstəqil dövlətin yaranmadısıdır. Fikrimcə, son zamanlar Avropa dövlətlərinin Fələstini müstəqil dövlət kimi tanımalarına dair ard- arda səsləndirdikləri bəyanatlar da bu məsələdə müəyyən rol oynayıb. Yəni Fələstin üçün bir növ stimul olub.
Görünür, Avropa dövlətləri də indiki anda müharibənin davam etməsində maraqlıdır.
Fələstindən verilən açıqlamalardan belə məlum olur ki, HƏMAS-ın hələ geri çəkilmək, güzəştə getmək fikri yoxdur. Bu isə o deməkdir ki, yaxın zamanda müharibə bitməyəcək.
Son zamanlar ABŞ- İsrail münasibətlərində yaranan soyuqluq da Fələstinin maraqlarına uyğundur.
Ümumiyyətlə, İsrailin özünün iddia etdiyi kimi, HƏMAS-ı tamamilə məhv edə biləcəyi inandırıcı görünmür. Çünki HƏMAS təkcə təşkilat deyil, həm də ideologiyadır. İdeologiyaları məhv etmək üçün yüzilliklər lazımdır".
Beləliklə, heç bir tərəfə geri çəkilənə oxşamır. Düşünürəm ki, HƏMAS asanlıqla razılığa getməyəcək. Bütün hallarda görünən odur ki, savaş hələ uzun çəkəcək. Döyüşlərin perspektivdə daha da genişlənmə ehtimalı da var.
Asya
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak ediblər - (Foto)
-
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb - (Video)
-
Azərbaycan Avropa Siyasi Birliyində öz sözünü deyir – Sahil Kərimli
-
Azərbaycan XİN BƏƏ-də baş vermiş yol qəzası ilə bağlı başsağlığı verib
-
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan üç bəyanatına qoşulmadı - XİN
-
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verib
XƏBƏR LENTİ
-
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
-
Azərbaycanlı serial ulduzu uşaqlıqdan bu günə - (Fotolar)
-
Qaralan kafel aralarını evdəki tək materialla təmizləyin
-
Hamı zibilə atır - Saç tökülməsinin və ağarmasının qarşısını alır
-
Köhnə fleşkartı atmayın: 5 faydalı istifadə üsulu
-
Təkcə bir bölümə milyon dollar alırlar - Siyahı
-
Bakıda kütləvi dava: Bıçaqlananlar var - (Yenilənib)
-
Günün qoroskopu: Kiçik səhvləri faciəyə çevirməyin
-
"Sən mənim başımı yerə soxmusan" deyib hamilə bacısı bıçaqladı - Yenilənib - (Video)
-
“Sehrli xalat”ın Rəşidi niyə gülə bilmirdi? – Məşhur filmin kamera arxası - (Foto)
-
Lixtenşteyn - Azərbaycan oyunu başlayıb - Yenilənib
-
Ərini öldürüb basdırdı, üzərində güllər əkdi
-
Rusiyada ağır qəzada azərbaycan vətəndaşı həlak oldu - (Video)
-
83 yaşlı Robert De Niro 47 yaşlı xanımı ilə - (Foto)
-
Sumqayıtda zavodda bıçaqlanan şəxs mühafizəçi imiş
-
Yük avtomobili ilə sürücülərin həyatını risk altına atanların məsuliyyəti nədir? - (Video)
-
Ağstafada üç nəfərin yaralandığı qəzanın təfərrüatı - (Video)
-
Vətalət Mehdiyeva vəfat etdi
-
Sumqayıtda ilkin mərhələdə hansı evlər söküləcək? - (Video)
-
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak ediblər - (Foto)
-
Dezodorant sağlamlığınızı necə məhv edir – Həkimlərdən xəbərdarlıq
-
Emrə Altuğun əsl adı üzə çıxdı
-
Bu gün Bakıda baş vermiş ağır qəzanın anbaan videosu
-
Motosiklet qəzasında ölən Elşənin fotosu - Yenilənib





