Türkiyə

Məşhur psixoloq təmizlikçi çıxdı - Hər seans bu qədər pul alırmış... - FOTO

5 Avqust 2025 14:40
Baxış: 673
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Tanınmış türkiyəli psixoloq Abdullah Volkan Uçakın xalça təmizləyicisi olduğu ortaya çıxıb.

Milli.Az xəbər verir ki, sosial mediada Murat Övüçlə etdiyi seanslarla diqqət çəkən Uçakın seans başına 4500 TL aldığı iddia edilir.

Ankara Respublika Baş Prokurorluğu tərəfindən başladılan istintaqda elektron imzaları saxtalaşdıraraq dövlət qurumlarının sistemlərinə qeyri-qanuni daxil olan cinayət təşkilatlarının əməlləri araşdırılır. Bu çərçivədə saxta diplom, şəxsiyyət vəsiqəsi və elektron imzalarla 400-dən çox şxsin karyera qurduğu ortaya çıxıb.

Daxili işlər naziri Ali Yerlikaya saxta sənədlər hazırlayan cinayətkar şəbəkələrinə qarşı iki əməliyyat keçirildiyini, 197 şübhəlidən 37-nin həbs edildiyini açıqlayıb. 126 şübhəli saxlanılıb, 109-u barəsində məhkəmə nəzarəti qərarı çıxarılıb.

Araşdırma zamanı müəyyən edilib ki, elektron sertifikat xidməti göstərən şirkətlər vasitəsilə dövlət qulluqçuları üçün saxta diplom, şəxsiyyət vəsiqələri, elektron imzalar hazırlanaraq dövlət sistemlərinə icazəsiz girişlər təmin edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.