Ölkə

ETİHİ-nin dəstəyi ilə məktəb direktorları Avropa təcrübəsini öyrəniblər - FOTO

5 Avqust 2025 13:40
Baxış: 364
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşəbbüsü və təşkilatçılığı ilə Latviya və Litvada məktəb direktorları üçün beynəlxalq təcrübə proqramı həyata keçirilib. Proqramın əsas məqsədi idarəetmədə innovativ yanaşmaların öyrənilməsi, pedaqoji inkişafın təşviqi və məktəb rəhbərlərinin Avropa təcrübəsi ilə tanışlığı olub.

Milli.Az xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi ölkədə təhsilin inkişafı üzrə qəbul olunmuş dövlət strategiyasına uyğun olaraq bu təşəbbüsə təşkilati dəstək göstərib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təqdim etdiyi siyahıya əsasən proqramda 34 məktəb direktorundan 20 nəfəri Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının maliyyə dəstəyi ilə iştirak edib.

Qeyd edək ki, nümayəndə heyətində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Hüquq şöbəsinin müdiri Fuad Nəsirov, komitənin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Qönçə Hacıyeva iştirak ediblər.

Təhsil mühitində beynəlxalq əməkdaşlığın genişləndirilməsi və innovativ idarəetmə yanaşmalarının tətbiqi Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin əsas fəaliyyət istiqamətlərindəndir və bu kimi təşəbbüslərə dəstəyini gələcəkdə də davam etdirəcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.