Dünya

Dünyanın ən ağırçəkili insanı vəfat etdi - FOTO

30 Dekabr 2025 23:32
Baxış: 541
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ginnesin Rekordlar Kitabına dünyanın ən ağır çəkili insanı kimi düşən meksikalı Xuan Pedro Franko 41 yaşında böyrək infeksiyası səbəbindən xəstəxanada həyatını itirib.

Milli.Az xəbər verir ki, Frankonun vəziyyəti qəfil pisləşib və yaranan fəsadlar onun həyatına son qoyub.

Xuan 2017-ci ildə, 32 yaşında olarkən təxminən 600 kq çəki ilə dünyanın ən ağır adamı titulunu qazanaraq beynəlxalq şöhrət tapmışdı.

Həmin vaxt o qədər böyük idi ki, vaxtının demək olar ki, hamısını yataqda keçirməyə məcbur qalırdı.

2017-ci ildən sonra o, çəkisini azaltmaq üçün bir neçə ciddi cərrahi əməliyyat keçirmiş və həyatını xilas etmək üçün böyük iradə nümayiş etdirmişdi.

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.