“O pulu aparıb yetim-yesirə verəcəyəm...nə borcuma” – Yazıçı Anar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Haqqımızda yazdı, biz də onu məhkəməyə verdik. İndi gəlib 500 manatlıq cəriməsini ödəsin. O, cəriməni ödəsə həmin pulu aparıb yetim-yesirə verəcəyik".
Milli.Az musavat.com-a istinadən bildirir ki, bunu yazıçı Anar şair İlham Qəhrəmanla məhkəmə çəkişməsindən danışarkən deyib. O, bildirib ki, şair cəzasız qalmayacaq: "İlham Qəhrəman bir səhv edib, cəzasını da alacaq. Məhkəmə qərar çıxarıb, hara istəyirsə, müraciət etsin. Apelyasiya məhkəməsi isə hansı qərarı istəyirsə, çıxarsın, mənim nə borcuma".
Qeyd edək ki, bu il fevralın 28-də şair İlham Qəhrəman geniş məqalə yayımlayaraq Azərbaycan Yazıçılar Birliyindən (AYB) ayrıldığını və birliyin mənzil təminatı ilə bağlı həyata keçirdiyi prosesdə haqsızlığa məruz qaldığını bildirib.
Məqələdə deyilənlərlə və qeyd edilən faktlarla bağlı AYB və qurumun sədri Xalq yazıçısı Anar Rzayev Sabunçu Rayon Məhkəməsinə müraciət edib. Oktyabrın 1-də AYB ilə şair İlham Qəhrəman arasında məhkəmə çəkişməsi başa çatıb. Sabunçu Rayon Məhkəməsinin oktyabrın 1-də çıxardığı qərarla AYB-nin iddiası qismən təmin olunub.
Məhkəmə İlham Qəhrəmanın 500 manat məbləğində təzminat ödəməsi, yazını dərc edən saytda təkzib verilməsi, üzr istənilməsi və yazının saytdan silinməsi barədə qərar çıxarıb.
Şair "Yazıçılar Birliyinin ictimai nüfuzuna ziyan vuran, onların şərəf və ləyaqətini alçaldan yazı" ittihamı ilə məhkəməyə verilmişdi.
İlham Qəhrəman qərardan narazı olduğu üçün Apellyasiya Məhkəməsinə şikayət edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Tanınmış jurnalistə AĞIR İTKİ
-
Oğlun bahalı hədiyyəsi ananı kövrəltdi - (Video)
-
Tovuz döyüşlərindən 6 il ötür
-
Ana-bala birlikdə məzun oldu
-
Prezident İlham Əliyevin Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə səmimi söhbəti - (Video)
-
Prezident İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub
XƏBƏR LENTİ
-
Burak Özçivitin artıq çəkisi diqqət çəkdi (Foto)
-
Kral III Çarlzın səhər yeməyi seçimi
-
Kürdəmirdə boru partladı - 6 kənd susuz qaldı
-
Çimərlikdə boğulan Rəşadın (Fotosu)
-
İranın Qeşm adasına 10-dan artıq raket atılıb
-
Şəmkirdə qadını elektrik cərəyanı vuraraq öldürüb
-
Lətif Quliyev vəfat etdi (Foto)
-
DÇ-də artıq 64 ölkənin mübarizə aparacağı gözlənilir
-
Gəncədə kütləvi zəhərlənmə olub
-
İngiltərənin birinci qolu niyə ləğv edilmədi? - FIFA açıqladı
-
Oman Sultanlığı hücuma görə İran səfirini çağırdı
-
"Əla iş gördünüz, Bellinqem və hakim!"
-
İran Körfəz ölkələrinə hücumu genişləndirir
-
Sevgilisi məşhur blogerin 18 milyonunu oğurladı
-
Dünya çempionatları tarixində ilk yaşandı
-
IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Füzuliyə çatıblar (Foto)
-
Angela Merkelin portretində diqqətçəkən məqam
-
Ukraynanın istifadə etdiyi PUA-lar bu ölkədə istehsal olunur
-
Teylor Sviftlə Trevis Kelsinin toyuna xərclənən vəsaitin miqdarı məlum oldu
-
Kim Kardaşyanla Luis Hamilton buna görə ayrıldılar - (Foto)
-
Ruslar pivədən sürətlə imtina edir
-
Haluk Levent saxlanıldı
-
Vəfanın səhnə geyimi müzakirə yaratdı - (Video)
-
Anasının gözləri ilə məzun oldu - (Video)





