Dünya

Türk lirəsi ABŞ dollarına nisbətdə antirekordu bir daha yeniləyib

11 Noyabr 2021 17:42
0 Şərh     Baxış: 1 328
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-da inflasiya üzrə statistikanın açıqlanmasından sonra türk lirəsi ABŞ dollarına nisbətdə ardıcıl olaraq iki gündür ki, tarixi minimumları yeniləyir.

Milli.Az Report-a istinadən xəbər verir ki, bu gün lirənin ABŞ dollarına nisbətdə məzənnəsi Bakı vaxtı ilə saat 10.45 radələrində 9,93 səviyyəsində ticarət olunub. Bu, yeni antirekordur.

Qeyd edilir ki, ötən gün ABŞ-da oktyabr üzrə inflasiya məlumatlarını açıqlayıb. Belə ki, illik inflasiya gözlənilən 5,8 % qarşısında 6,2 %-ə kimi sürətlənib. Bu 1990-cu ildən bu yana ən yüksək göstəricidir. Sentyabrda istehlak qiymətlərinin artımı 5,4 % olub. Bunun fonunda ABŞ dolları yen, avro, funt sterlinq qarşısında kifayət qədər möhkəmlənib.

Xatırladaq ki, lirənin kəskin ucuzlaşması prosesi oktyabrın ortalarında Mərkəzi Bankın üç vəzifəli şəxsinin, o cümlədən iki müavinin işdən çıxarılması fonunda başladı. Oktyabrın sonunda Türkiyənin Mərkəzi Bankı uçot dərəcəsini 18 %-dən 16 %-ə endirdi. Bundan sonra lirənin ucuzlaşma prosesi sürətləndi.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.