Dünya

Rusiyada azarkeş futbolçuya atəş açıb

7 Noyabr 2021 12:32
0 Şərh     Baxış: 588
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiyanın Krasnoyarsk şəhərindəki futbol turniri zamanı 17 yaşlı oyunçuya silahla atəş açılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə noyabrın 6-da "İzümrüd" idman kompleksində baş verib.

Qarşılaşma vaxtı futbolçuların atalarından biri rəqib komandaya qışqırmağa başlayıb.

Gənc oyunçu isə tənqidlərə reaksiya verərək 43 yaşlı azarkeşə yaxınlaşıb. Onların aralarında münaqişə yaranıb və idmançı travmatik tapança ilə çiynindən vurulub.

Yaralanan şəxs xəstəxanaya aparılıb. Polis hadisə ilə bağlı araşdırma aparır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.