Dünya

Bu səbəblə ABŞ F-35-in yanında F-15 də göndərir - Türk general

6 Noyabr 2021 13:54
0 Şərh     Baxış: 1 893
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

F-35 qırıcıları ağır və yöndəmsiz olmaqla yanaşı, xərcləri də çoxdur.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin ehtiyatda olan general-mayoru Güray Alpar deyib.

O bildirib ki, F-16-nın qiyməti 30 milyon dollar olduğu halda, F-35 isə 80-90 milyon dollardır:

"Hətta, F-35-in şaquli uçuş və eniş modelləri belə F-16 qırıcılarından 4 dəfə bahadır. Bununla yanaşı, F-35-lərin ağır və yöndəmsiz olması hava-hava missiyalarında da mənfi təsirini göstərə bilər. Bu səbəblə ABŞ əməliyyatlarda F-35-in yanında F-15-də göndərir. F-15-ləri ona görə kömək qüvvə kimi göndərirlər ki, daha praktiki olan bu təyyarə hava tapşırıqlarında effektiv nəticə göstərə bilir".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.