Dünya

Nyu-Yorkun dünyaca məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənəcək

6 Noyabr 2021 08:38
0 Şərh     Baxış: 854
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün ABŞ-ın Nyu-York şəhərindəki Linkoln Mərkəzində Üzeyir Hacıbəyli Beynəlxalq Bəstəkarlıq Müsabiqəsinin yekun konserti keçiriləcək.

Bakı Musiqi Akademiyasının (BMA) 100 illiyi münasibətilə təşkil edilən müsabiqəyə təqdim olunan əsərlərin ən yaxşıları ABŞ-da nümayiş olunacaq.

Qeyd edək ki, müsabiqə Nyu-Yorkda fəaliyyət göstərən Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı, Amerika-Azərbaycan Musiqi Fondunun iştirakı, Diasporla İş üzrə Dövlət Komitəsi, Mədəniyyət Nazirliyi və Azərbaycanın ABŞ-dakı Səfirliyinin dəstəyi ilə gerçəkləşdirilir.

Müsabiqənin məqsədi Azərbaycan klassik musiqisinin banisi, Azərbaycan Dövlət Konservatoriyasının (indiki BMA) yaradılmasında misilsiz xidmətlər göstərmiş dahi bəstəkar Üzeyir Hacıbəylinin əsərlərinin plagiatdan qorunması, geniş təbliğ edilməsi, dünya ictimaiyyətinin diqqətinə çatdırılmasından ibarətdir.

Müsabiqənin mövzuları sırasına ermənilərin öz adlarına çıxdığı Azərbaycan xalq və bəstəkar mahnıları, eləcə də unudulmuş qədim Azərbaycan rəqslərinin melodiyaları əsasında yaradılan kompozisiyalar daxildir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.