Dünya

“Taliban” liderlərindən biri Kabildə baş verən silahlı atışmada öldürüldü

4 Noyabr 2021 09:36
0 Şərh     Baxış: 555
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən gün Əfqanıstanın paytaxtı Kabildə törədilən güclü partlayış nəticəsində "Taliban" liderlərindən biri olan Həmdullah Mohlis həyatını itirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, xəbər "Taliban" rəhbərliyində təmsil olunan şəxslər tərəfindən də təsdiq edilib.

Məlumatda qeyd olunur ki, Kabildə baş verən partlayışdan sonra Həmdullah Mohlis dərhal hadisə yerinə yollanıb və radikal qruplaşmaların üzvləri ilə atışmada həlak olub.

Mənbə əlavə edir ki, H. Mohlis Əfqanıstanda hakimiyyət dəyişikliyi baş verəndən sonra öldürülən ən yüksək vəzifəli "Taliban" rəsmisi hesab olunur.

Xatırladaq ki, ötən gün Əfqanıstanın paytaxtı Kabildə törədilən partlayış nəticəsində 23 nəfər ölüb, 50 nəfər yaralanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.